Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi: maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsində yeni dövr

Mərkəzi Bank maliyyə bazarlarında innovasiyaların inkişafını dəstəkləmək məqsədilə cari ildən xüsusi tənzimləmə rejimini tətbiq etməyə başlayıb. Bu mühüm təşəbbüs innovativ həllər təklif edən şirkətlərə yeni məhsul və xidmətləri real şəraitdə Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirmək imkanı verməklə yanaşı, həm də bu məhsulların maliyyə bazarlarına təhlükəsiz surətdə təqdim olunmasını təmin edir.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ texnologiyaların tətbiqi ilə bağlı riskləri minimuma endirmək və ölkədə maliyyə sektorunun dayanıqlı inkişafını təmin etmək üçün effektiv bir platformadır. Bu rejim şirkətlər üçün yeni imkanlar açaraq innovasiyaların təşviqinə və tətbiqinin sürətlənməsinə xidmət edir.

Cari ilin may ayında elan olunan qəbul dövründə qeydə alınan 21 müraciət arasında kriptovalyuta, rəqəmsal ödəniş xidmətləri, sığorta və maliyyə sektorunun digər sahələrinə üzrə rəqəmsal məhsulları yer alıb. Beləliklə, rejimdə iştirak meyarları ilə uyğunluq təşkil edən 4 innovativ məhsul xüsusi tənzimləmə rejiminə qəbul edilib. Qeyd edək ki, meyarlardan biri də məhsulun məhz bazar şəraitində istifadəyə hazır olmasıdır. İdeya mərhələsindəki məhsullar xüsusi tənzimləmə rejiminə qəbul edilmir.

İştirak hüququ qazanmış təşkilatlar təklif etdikləri həmin məhsulların bazara uyğunluğunu sınaqdan keçirərək daha geniş kütləyə təqdim etmə imkanı əldə ediblər.

Xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlər isə 15.12.2024-15.01.2025 tarixləri ərzində qəbul olunacaq. Bu, fintex şirkətlər üçün innovativ məhsullarını sınamaq və inkişaf etdirmək baxımından növbəti fürsət olaraq qiymətləndirilə bilər.

Mərkəzi Bank bu təşəbbüslər vasitəsilə maliyyə texnologiyaları sahəsinin dayanıqlılığının artırılması və rəqəmsal maliyyə bazarının genişləndirilməsi ilə ölkədə maliyyə inklüzivliyinin artırılmasını hədəfləyir. Müraciət et: sandbox.cbar.az

spot_imgspot_img

Oxşar xəbərlər

Anthropic, OpenAI və SpaceX son 25 ildəki texnologiya çıxışlarından daha böyük

Anthropic, OpenAI və SpaceX-in səhm təklifləri son 25 ildəki bütün ABŞ texnologiya çıxışlarının dəyərini keçəcək.

Nvidia öz yaratdığı hesablama bazarının qurbanına çevrilir

Nvidia özünün yaratdığı hesablama bazarının qurbanına çevrilir. Sadə texnologiyalar və daha az maraqlı şirkətlər kənarda zənginləşir.

Meta istifadəçinin gördüyü və eşitdiyi hər şeyi qeyd edən süni intellekt gözlüyü hazırlayır

Meta, istifadəçinin ətraf mühitini daim qeyd edən süni intellekt gözlüyü üzərində işləyir.

Bitcoin-in birjada təklifi azalır, lakin bu dəfə fərqli siqnal verir

Bitcoin-in birjalardakı təklifi rekord aşağı səviyyədə, lakin analitiklər bu göstəricinin tək başına qiymət artımına işarə etmədiyini deyir.

Aave fintech investorlar üçün gəlir gətirən Stable Vaults məhsulunu təqdim edir

Aave, fintech şirkətlərinə stabilləşmiş coin depozitləri üzrə gəlir təklif edən Stable Vaults məhsulunu təqdim edib.
spot_img