TikTok, məzmun idarəçiliyi üçün 40 min nəfərlik moderasiya komandası və süni intellektdən istifadə edir

Müasir dövrün ən populyar sosial media platformlarından olan TikTok, xüsusilə məzmun idarəçiliyi və uğurlu alqoritmi ilə diqqət çəkir. TikTok-un İrlandiyanın paytaxtı Dublində yerləşən TikTok Şəffaflıq və Hesabatlılıq Mərkəzini ziyarət etmək şansımız oldu.

Dublindəki mərkəzində məzmun moderasiyası və istifadəçi təhlükəsizliyinə fokuslanan TikTok, 40 min nəfərlik moderasiya komandası və süni intellekt ilə məzmun idarəçiliyini həyata keçirir. Ziyarət zamanı Dublin TikTok Moderasiya Mərkəzində, TikTok-un məzmun moderasiyası proseslərində süni intellektin real vaxtda necə istifadə edildiyini izləmə imkanı qazandıq.

Platformaya yüklənən məzmunları yoxlayan süni intellekt, icma qaydalarına zidd videoları müəyyən etdikdə, bu barədə moderasiya komandasını xəbərdar edir. TikTok-un süni intellekti alkoqol, siqaret istifadəsi, zorakılıq və ya çılpaqlığı real vaxtda aşkar edə bilir.

Videoları çəkildikləri mühit və mövzularına görə analiz edən süni intellekt, məsələn, bıçağın tutuş formasına əsasən zorakılığı müəyyən edə bilir. Bıçaq dik vəziyyətdə tutulduqda, süni intellekt bunu zorakılıq kimi qəbul edir, üfüqi vəziyyətdə tutulduqda isə zorakılıq kimi qiymətləndirmir. Videoların çəkildiyi mühit də vacib amildir. Məsələn, mətbəxdə çəkilən yemək videosunda bıçaq zorakılıq elementi sayılmır, ancaq mətbəx xaricində bu element ola bilər.

Platformadakı uygunsuz məzmunların aşkar edilməsi və sürətlə silinməsi üçün istifadə olunan bu metodlar, istifadəçilərin təhlükəsiz rəqəmsal mühitdə qarşılıqlı əlaqə qurmasını təmin etməyi hədəfləyir.

TikTok-un yaydığı son Şəffaflıq Hesabatına görə, 2024-cü ilin ilk rübündə dünya üzrə icma qaydalarını pozduğu üçün 976 milyon 479 min 946 video şərhi platformadan silinib. Bu rəqəm həmin dövrdə paylaşılmış ümumi video şərhlərinin 1,6%-ni təşkil edir.

Hesabatda həmçinin qeyd olunur ki, məzmun yaradıcıları həmin dövrdə 3 milyard 381 milyon 646 min 722 şərhi TikTok-un şərh təhlükəsizlik alətlərindən istifadə edərək ya filtr edib, ya da siliblər. Eyni dövrdə platformadan ümumilikdə 166 milyon 997 min 307 video silinmiş, bunların 129 milyon 335 min 793-ü isə insan müdaxiləsi olmadan süni intellekt avtomatizasiyası tərəfindən silinmişdir.

Hesabatda diqqət çəkən digər vacib məqam isə videoların 97,7%-nin heç bir istifadəçi tərəfindən bildirilənədək aşkar edilərək platformadan silinməsidir. Türkiyə üçün həmin dövrdə ümumilikdə 3 milyon 204 min 750 video silinmiş, bunların 98,4%-i istifadəçi bildirişindən öncə müdaxilə olunaraq silinmişdir.

spot_imgspot_img

Oxşar xəbərlər

Tron blokçeyn yaradıcısı Skoçlu Banan əsərini fantastik qiymətə alıb

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə...

“Bitcoin” yeni rekord qıraraq 97 000 dolları keçdi

"Bitcoin" dəyəri tarixi maksimumu yeniləyərək 97 000 dolları (164.9...

“Perplexity” axtarış sistemində məhsul alışı da tətbiq edəcək

Belə ki, şirkətin süni intellektlə işləyən axtarış sistemi premium...

“Mastercard Azərbaycan” COP29 öncəsi “Dayanıqlı Kartlar” proqramının qlobal icrasını sürətləndirir

Azərbaycan dayanıqlı inkişaf məqsədləri istiqamətində, xüsusilə bərpa olunan enerji...

Uzum-un elektron ticarət sahəsində dövriyyəsi 3 dəfə artıb

Uzum Market-də təqdim edilən taksit məbləği və sifarişlərin sayı...
spot_img