OpenAI Academy, süni intellektə yönəlmiş inkişafçılara və qurumlara sərmayə qoyacaq

Keçən il OpenAI, OpenAI Startup Fund vasitəsilə süni intellekt startaplarına 175 milyon dollardan çox sərmayə qoyma planları ilə gündəmə gəlmişdi. İndi isə OpenAI, süni intellektdən istifadə edən developerlərə və qurumlara dəstək olacaq OpenAI Academyni elan edib.

Şirkətin verdiyi məlumata görə, akademiya süni intellektin transformasiyaedici potensialını müxtəlif icmalar üçün daha əlçatan və faydalı etmək məqsədi daşıyır. Bunun üçün OpenAI, aşağı və orta gəlirli ölkələrdəki inkişafçılara 1 milyon dollarlıq API kreditləri təqdim edəcək.

Bundan başqa, OpenAI API kreditləri ilə yanaşı, inkubasiya mərkəzləri və yarışmalar təşkil edəcəyini də qeyd edir. Şirkət həmçinin, süni intellektdən istifadə edən məqsəd yönümlü qurumlar və developerlər üçün akademiya çərçivəsində mütəxəssislər təqdim edəcək.

OpenAI Academy vasitəsilə şirkətin qlobal bir inkişafçı şəbəkəsi yaratmağa diqqət yetirdiyini söyləmək olar. OpenAI, iştirakçıları bir-biri ilə əlaqələndirərək güclü bir icma qurmağı hədəfləyir. Bundan əlavə, OpenAI, diqqətəlayiq qurumlara məqsədyönlü sərmayə təmin etmək üçün xeyriyyəçilərlə birgə yarışmalar və inkubatorlar təşkil etməyi planlaşdırır.

OpenAI, elanında “aşağı və orta gəlirli ölkələr” siyahısına hansı ölkələrin daxil edildiyini açıqlamır. Ancaq bu kateqoriyaların Dünya Bankının da adambaşına düşən ümumi milli gəlir əsasında istifadə etdiyi kateqoriyalar olduğunu qeyd etmək lazımdır. Belə baxıldığında, ABŞ və bir çox Avropa ölkəsi yüksək gəlirli ölkələr olaraq qəbul edilir, halbuki Saharaaltı Afrika və Cənubi Asiyada yerləşən bir çox ölkə aşağı və ya orta gəlirli kateqoriyalara daxildir. Buna Əfqanıstan, Banqladeş və Anqola kimi ölkələri də əlavə edə bilərik. Əslində, dünya ölkələrinin 63%-i aşağı və ya orta gəlirli (LMIC) ölkələr hesab olunur. Bu isə təxminən 137 fərqli ölkəyə uyğundur. OpenAI-ın bu ölkələrin hamısını hədəf alması ehtimalı azdır, ona görə də ilk növbədə diqqət yetirəcəyi ölkələr maraq doğurur.

OpenAI, yerli süni intellekt bacarıqlarının inkişafına sərmayə qoymağın, səhiyyə, kənd təsərrüfatı, təhsil və maliyyə kimi sektorlarda iqtisadi artımı və innovasiyanı təşviq edəcəyini vurğulayır.

spot_imgspot_img

Oxşar xəbərlər

Böyük Britaniyanın maliyyə nəzarətçisi DeFi və kripto qaydaları üzrə konsultasiyalara başladı

Böyük Britaniyanın FCA tənzimləyicisi DeFi və kripto qaydaları üzrə rəsmi konsultasiyalara başlayıb. Sənaye iştirakçıları rəy bildirə biləcək.

Tether Boliviya fintex şirkətinə investisiya etdi: USDT ödənişləri yemək çatdırılmasına inteqrasiya olunur

Tether Boliviya fintex şirkəti Peso-ya investisiya edib. USDT ödənişləri Latın Amerikasının dörd bazarında genişlənəcək.

Bir yaşlı süni intellekt laboratoriyası Flapping Airplanes 6 milyard dollarlıq qiymətlə 1 milyard dollar cəlb etdi

Gənc süni intellekt laboratoriyası Flapping Airplanes 1 milyard dollarlıq Series A raundu ilə 6 milyard dollarlıq qiymətləndirməyə çatıb.

GM süni intellekt və hesablama gücü ilə Çin avtomobil istehsalçıları ilə rəqabətə hazırlaşır

GM 2028-ci ildə təqdim edəcəyi yeni mərkəzi kompüter və süni intellekt arxitekturası ilə Çin avtomobil istehsalçıları ilə rəqabətə hazırlaşır.

Bitcoin 84,6 min dollara yüksəldi: SpaceX hesabatı bazarları canlandırdı

SpaceX-in gözləntilərdən yüksək rüb hesabatı ABŞ fond bazarlarını canlandırıb, Bitcoin isə 84,6 min dollara yüksəlib.
spot_img