Azərbaycanda data və kvantum platformaları yaradıla bilər

Azərbaycan ilə IBM şirkəti ölkənin rəqəmsal transformasiyası, suveren “bulud”, data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr R.Nəbiyev ilə IBM şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel arasında aparılıb.

“Eyni zamanda, innovasiya mərkəzləri və kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi apardıq”, – nazir qeyd edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Runware süni intellekt data mərkəzlərini avtomobil kimi kütləvi istehsal etmək istəyir

Runware adlı startup prefabrik süni intellekt data mərkəzlərini konveyer üsulu ilə istehsal edən fabrik qurur. Real sınaq isə bu miqyasda təchizatın mümkünlüyüdür.

Süni intellekt bumu Theranos dərsini xatırladır: fırıldaq riski artır

Theranos qalmaqalının ifşaçısı Tayler Şults süni intellekt bumu ilə bağlı xəbərdarlıq edib və sektorda fırıldaq riskinin artdığını bildirib.

Binance-dən rekord 6,3 milyard dollarlıq oğurluq: Şimali Koreya hackerləri günahlandırılır

Binance birjasından təxminən 6,3 milyard dollar dəyərində aktiv oğurlanıb. İlkin araşdırmalar hücumun Şimali Koreya ilə bağlı qrup tərəfindən törədildiyini göstərir.

Mərkəzi Bankın qərarından sonra kredit kartlarının sayı 80 min azalıb

Azərbaycanda kredit kartlarının sayı bir ildə 81 min ədəd azalaraq 2 milyon 35 minə düşüb. Azalma Mərkəzi Bankın tənzimləyici qərarları ilə bağlanır.

Azər Türk Bank atb360 tətbiqini yenilədi: ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Azər Türk Bank atb360 mobil tətbiqinin yenilənmiş versiyasını təqdim edib. Yeniləmədə ailə bankçılığı funksiyası və optimallaşdırılmış istifadəçi interfeysi diqqət çəkir.
spot_img