Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır

Azərbaycanda Rəqəmsal Logistika Platformasının “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib.

“Prezident İlham Əliyevin idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər barədə imzaladığı fərman rəqəmsal iqtisadiyyatın inkişafına, xarici ticarət əməliyyatlarının sürətləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, Azərbaycanın beynəlxalq logistika zəncirlərində mövqeyinin möhkəmləndirilməsinə xidmət edən fundamental strateji sənəddir”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, fərmandan irəli gələn tapşırıqların icrasına artıq başlanılıb: “Bu çərçivədə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılmaqdadır. Platformanın “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır, digər modulların isə mərhələli şəkildə 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Cənab Prezidentə sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk”.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img