Azərbaycanda virtual aktiv xidməti təminatçılarına məhdudiyyətlər hansı halda tətbiq edilə bilər?

Azərbaycan qanunun tələblərinə əməl etməyən və ya əməl etməkdən boyun qaçıran virtual aktiv xidməti təminatçıların (kriptovalyuta birjaları, kriptovalyuta cüzdanları və.s) fəaliyyətinə məhdudiyyətlər tətbiq edə bilər.

Bu barədə “Report”a Maliyyə Monitorinqi Xidmətindən “OKX” və “ByBit” kriptobirjalarına girişin bloklanması ilə bağlı sorğunu cavablandırarkən bildirilib.

“Virtual aktiv xidməti təminatçıları maliyyə institutu olmaqla öhdəlik daşıyan şəxs statusuna malikdirlər. Öhdəlik daşıyan şəxslər işgüzar münasibətlər yaratdıqları müştərilərinə münasibətdə müştəri uyğunluğu tədbirləri (müştərilərin və onların benefisiar mülkiyyətçilərinin şəxsiyyətinin eyniləşdirilməsi və onların sənədlər əsasında verifikasiya edilməsi) tətbiq etməli, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə üçün daxili nəzarət proqramına malik olmalıdırlar.

Eyni zamanda, öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirlərinin tətbiqi çərçivəsində əldə edilmiş məlumatların Qanunla nəzərdə tutulmuş müddət ərzində saxlanılmasını, şübhəli əməliyyatlara dair maliyyə monitorinqi orqanına məlumat verilməsini, habelə nəzarət orqanlarının qanunla nəzərdə tutulmuş göstərişlərinə əməl edilməsini təmin etməlidirlər”, – monitoriq xidmətindən bildirilib.

Virtual aktiv xidməti təminatçıları “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.12-ci maddəsinə əsasən virtual aktivlərin (kriptovalyuta və.s) digər əməliyyatlarla yanaşı alışı, satışı, mübadiləsi xidmətlərini göstərən şəxslər (kriptovalyuta birjaları, kriptovalyuta cüzdanları və.s) hesab olunurlar.

Qeyd edək ki, ötən həftə Azərbaycan Mərkəzi Bankının göstərişi ilə Elektron Təhlükəsizlik Xidməti “OKX” və “ByBit” kriptobirjalarına giriş internet üzərindən bloklanıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin 70.000 dolları keçdi: iyun ayından bəri ilk dəfə

Bitcoin, 70.000 dollar səviyyəsini keçərək iyun ayından bəri ən yüksək qiymətə çatdı. Bu artım, kripto bazarında optimizmi artırır.

Stripe OpenRouter’u satın aldı: ödəniş nəhənginin süni intellekt yatırımı

Ödəniş nəhəngi Stripe, süni intellekt modellərini birləşdirən OpenRouter-u satın aldı. Bu əməliyyat, süni intellekt iqtisadiyyatının ödəniş infrastrukturunu qurmaq məqsədi daşıyır.

Fairshake kripto kampaniya fondu Florida praymerizində 2 milyon dollar itirdi

Fairshake, Florida praymerizində 2 milyon dollar xərcləyərək uğursuzluğa düçar oldu. Bu, kripto sənayesinin siyasi təsirinin məhdudiyyətlərini göstərir.

Rillet 100 milyon dollar investisiya cəlb edərək unicorn oldu

Rillet, 100 milyon dollarlıq Series C raundu ilə 1 milyard dollar dəyərləməyə çatdı. Şirkət son üç ayda ARR-ni iki dəfə artırıb.

Trump Konqresi Clarity Act üzərində işi sürətləndirməyə çağırıb

Trump, Ağ Evdə keçirilən kripto tədbirində Konqresi Clarity Act qanun layihəsi üzərində işi sürətləndirməyə çağırıb.
spot_img