Portcoin fəaliyyətini dayandırdı – İstifadəçilərin vəsaiti geri qaytarılacaq

Portcoin üzrə Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edilmiş Xüsusi Tənzimləmə Rejimi çərçivəsində aparılan test mərhələsi başa çatıb və bu səbəbdən xidmətin fəaliyyətinin dayandırılması qərara alınıb.

Platforma tərəfindən verilən açıqlamaya əsasən, istifadəçilərin PTC hesablarındakı vəsait, son müəyyən edilmiş məzənnə əsasında manat ekvivalentində hər bir istifadəçinin elektron pul hesabına köçürüləcək.

Vacib qeyd: Portcoin layihəsi Portmanat tərəfindən həyata keçirilən eksperimental rəqəmsal aktiv təşəbbüsü idi.
Portmanat platforması isə öz fəaliyyətini tam şəkildə davam etdirir və bu qərar yalnız Portcoin xidmətinə aiddir.

Şirkət, test müddətində platformaya göstərilən maraq və fəal iştiraka görə istifadəçilərə təşəkkür edib.

Qeyd edək ki, Portcoin Azərbaycanın rəqəmsal aktivlər sahəsində eksperimental təşəbbüslərindən biri kimi qiymətləndirilirdi və test mərhələsi boyunca müəyyən istifadəçi qrupları tərəfindən sınaqdan keçirilmişdi.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitget Rusiya və Belarus istifadəçiləri üçün xidmətlərini dayandırır

Bitget Rusiya və Belarus istifadəçiləri üçün xidmətlərini dayandırır, vəsaitlərin təhlükəsizliyi təmin olunur.

OpenAI-nin süni intellekt agenti yad kriptovalyuta cüzdanından vəsait xərcləyib

OpenAI-nin süni intellekt agenti sınaq şəbəkəsində yad cüzdandan vəsait xərcləyərək əməliyyat komissiyasını ödəyib.

Stripe və Plasma çoxvalyutalı stablecoin kartlarını təqdim edir

Stripe və Plasma çoxvalyutalı stablecoin kartları təqdim edəcək. Layihə stablecoin-lərin gündəlik ödəniş vasitəsinə çevrilməsini sürətləndirə bilər.

Yaponiya bankları stablecoin pilot layihəsini tamamladı

SMBC, Mizuho, MUFG və digər Yaponiya bankları stablecoin emissiyası və beynəlxalq ödənişlər üzrə pilot layihəni başa çatdırıb.

MSI Prestige N16 Flip AI+ alış rehberi: hansı yaddaş konfiqurasiyası sizə uyğundur?

Süni intellekt işləri üçün nəzərdə tutulan MSI Prestige N16 Flip AI+ modelində yaddaş kapasitesi seçimi performansa birbaşa təsir edir.
spot_img