Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirən Transxəzər fiber-optik rabitə xəttinin 2026-cı ilin oktyabrında istifadəyə verilməsi planlaşdırılır. Banker.az “Kazinform”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında bildirib.
Layihənin detalları
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanın Sumqayıt sahilindən Qazaxıstanın Aktau sahilinədək artıq 390 kilometr fiber-optik kabel çəkilib. Bu kabel Xəzər regionunda rəqəmsal infrastrukturu gücləndirəcək və ölkələr arasında internet trafikinin birbaşa ötürülməsini təmin edəcək.
Ekspertlər hesab edir ki, layihə regionda e-ticarət və bulud xidmətlərinin inkişafına töhfə verəcək. Kabelin işə salınması ilə data ötürmə xərcləri azalacaq və gecikmə müddəti qısalacaq.
Mənbə: banker.az



