Optimus operatorlar tərəfindən idarə olunur?

X sosial şəbəkəsində robotun VR eynəyini çıxarmağa çalışdığına bənzər hərəkətləri müzakirə edilir

Video Tesla-nın “avtomatlaşdırmanın gələcəyinə” həsr olunmuş tədbirində çəkilib.

Mənbə: X

7 dekabr 2025-ci ildə Mayamidə keçirilən The Future of Autonomy Visualized sərgisində Optimus robotları qonaqlara yemək və içki paylayırdı.
Viral olan videoda robot bir neçə su butulkasını yerə salır, daha sonra əllərini başına qaldırır və yıxılır. İstifadəçilər yazır: “Əgər kimin şübhəsi qalırdısa ki, Optimus operatorlar tərəfindən idarə olunur, burada açıq-aşkar görünür ki, kimsə sanki VR qarniturasını çıxarır.”

Bir şərhçi iddia edir ki, tədbirdə şəxsən iştirak edib və Tesla əməkdaşı ona robotun uzaqdan idarə olunduğunu təsdiqləyib.

2025-ci ilin oktyabrında Tesla, komandanın Optimus-u “Tron: Ares” filminin premyerasında performans üçün kunq-fu hərəkətlərinə “öyrətdiyini” göstərən video paylaşmışdı. Həmin vaxt İlon Mask robotun avtonom işlədiyini deyirdi: “Bu Sİ-dir. Operator deyil.”

Tesla Mayamidəki tədbiri “immersiv səyahət” kimi təqdim etsə də, Optimus robotlarının tam avtonom şəkildə işləyib-işləməyəcəyi barədə detalları açıqlamamışdı.

Şirkətin robotları hələ ki, kütləvi istehsala buraxılmayıb. 2025-ci ilin martında İlon Mask ilin sonuna qədər 5000 ədəd Optimus istehsal edə biləcəyini demişdi. Lakin oktyabrda The Information xəbər verdi ki, Tesla zavodda işləri dayandırıb. Mənbələrin məlumatına görə, mühəndislər hələ robotun əllərinin kifayət qədər “cəldliyini” təmin edə bilmirlər. Problem həll olunduqdan sonra Tesla cəmi 2000 ədəd robot istehsal edə bilər, lakin dəqiq tarix məlum deyil.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img