Paytaxtın restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqinə başlanılır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) COP29 missiyasına uyğun olaraq “Recepta” və “Clopos” startapları ilə birlikdə restoran sektorunda rəqəmsal qəbzlərin genişmiqyaslı tətbiqi üçün strateji əməkdaşlığa başlayır.

İRİA bu layihənin həyata keçirilməsinə dəstək verməklə ölkə daxilində yayılmasını təmin edəcək. “Recepta” rəqəmsal qəbz texnologiyasını tətbiq edəcək və bu həlli geniş miqyasda restoranlar üçün əlçatan edəcək. “Clopos” qabaqcıl POS sistemləri vasitəsilə rəqəmsal qəbz həllərinin texnoloji inteqrasiyasını təmin edəcək.

Bu layihə sahibkarlar, dövlət və müştərilər üçün bir sıra üstünlükləri mümkün edir. Sahibkarlar üçün fərdiləşdirilmiş rəqəmsal çeklərlə müştəri təcrübəsinin təkmilləşdirilməsi, müştəri davranışına dair zəngin məlumatlara əlçatanlıq və hədəfyönümlü marketinq üçün imkanlar yaranır.

Xarici və COP29 ziyarətçilərinə gəldikdə, rəqəmsal çekləri asanlıqla toplamaq və xərclərin geri qaytarılması üçün təqdim etmək mümkün olacaq. Bu da səyahət təcrübəsini sadələşdirəcək. Yerli sakinlər bir neçə istehsalçı və istehlakçıdan mükafat və loyallıq proqramlarından yararlana biləcəklər. Layihənin həyata keçməsinin dövlət üçün kağız tullantılarının əhəmiyyətli dərəcədə azalması ilə ekoloji faydaları və data təhlilinin təkmilləşdirilməsi ilə daha mütərəqqi iqtisadi tənzimləmələrin nəzərdən keçirilməsi mümkün olacaq. Bu, həm də ölkə olaraq Azərbaycanın dayanıqlıq və rəqəmsal innovasiya sahəsində atdığı əhəmiyyətli addımların göstəricisi olacaq.

Qeyd edək ki, layihədə iştirak edən “Recepta” startapı kağız qəbzlərə olan tələbatı minimuma endirərək, ətraf mühitin qorunmasına və yaşıl iqtisadiyyata keçidi sürətləndərən həllər təklif edir. “Clopos” startapı isə restoran bizneslərini innovativ POS proqramı və idarəetmə sistemi ilə təmin edir.

spot_imgspot_img

Oxşar xəbərlər

VanEck səhmlər, istiqrazlar və Bitcoin-i birləşdirən ETF buraxdı

VanEck səhmlər, istiqrazlar və Bitcoin ekspozisiyasını birləşdirən diversifikasiya edilmiş ETF buraxdığını elan edib: Bitcoin üçün hədəf pay 2 faizdir.

Amazon-un Anthropic səhmləri IPO ərəfəsində milyardlarla dəyər qazanır

Anthropic-in ilkin kütləvi təklifi yaxınlaşdıqca Amazon-un şirkətdəki real payı üzə çıxıb və bu, korporasiyaya milyardlarla dollar qazanc vəd edir.

Guidewire Hyperexponential şirkətini 1,7 milyard dollara aldı

Guidewire sığorta texnologiyaları platforması Hyperexponential-i 1,7 milyard dollar nağd pulla əldə edib.

Sber chatbotunda yaşlı nəsil gənclərdən 4,2 dəfə çox səsli mesaj göndərir

Sber-in təhlilinə görə yaşlı istifadəçilər bank dəstək chatbotunda səsli mesajlardan gənclərə nisbətən 4,2 dəfə çox istifadə edir.

Bedrock Robotics 4,1 milyard dollarlıq dəyərlə 600 milyon dollar investisiya aldı

Sürücüsüz avtomobil texnologiyaları hazırlayan Bedrock Robotics 600 milyon dollarlıq C seriyası investisiya turunu başa çatdırıb.
spot_img