m10 yeni lotereyaya start verdi

m10 iştirakçılara dəyərli hədiyyələr qazanmaq üçün unikal fürsət verən “QR ilə ödə, qazan” adlı ən böyük şans lotereyasının başlandığını elan etməkdən qürur duyur. Lotereya 19 mart – 19 may 2024-cü il tarixləri arasında keçirilərək iki aylıq həyəcan və heyrətamiz mükafatlar qazanmaq şansı verəcəkdir.

Bir şanslı qalib dəbli və müasir “Volkswagen ID.4”ün sahibi olacaq.

Digər mükafatlar aşağıdakılardır:

10 ədəd “Apple iPhone 15” smartfonu;

10 ədəd “Apple Watch SE 2” 44 mm ağıllı saat;

10 cüt naqilsiz “Airpods 3” qulaqcığı;

10 ədəd “Samsung S22” (128 Gb) smartfonu;

Habelə 10 nəfər m10 balansına 500 AZN, 100 nəfər isə 100 AZN qazanmaq şansı əldə edəcək.

Lotereyada iştirak etmək və unikal hədiyyələrdən birini qazanmaq üçün m10 platformasında QR kodu ilə ödəniş etmək və şansları aktivləşdirmək (FİN kodu daxil etməklə) kifayətdir. Ətraflı  məlumat lotereyanın qaydalarının əks olunduğu m10.az/lottery səhifəsindədir. 

Qaliblərin adları 6 iyun 2024-cü il tarixində m10-un “Instagram”, “Facebook” və “YouTube”da rəsmi səhifələrində canlı olaraq elan ediləcək.

m10 hər kəsi bu maraqlı lotereyada iştirak etməyə, bəxtini sınamağa və həyatını unikal hədiyyələrlə zənginləşdirmək şansı əldə etməyə dəvət edir.

m10 elektron pulqabı “PashaPay” məhsuludur. Tətbiq istifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobil operator, cərimə, kabel televiziyası, parklama, internet və sairə ödənişləri edə bilərlər.

spot_imgspot_img

Oxşar xəbərlər

Rusiya döyüş təyyarələrinin dizaynında süni intellektdən istifadəyə hazırlaşır

Rusiya Birləşmiş Təyyarə Şirkəti yeni təyyarələrin dizaynında Sberbank-ın GigaChat modeli də daxil olmaqla süni intellekt alətlərindən istifadə etməyi planlaşdırır.

ABŞ raket istehsal gücünü 4 dəfə artırır

RTX şirkəti ABŞ Müdafiə Nazirliyi ilə bağladığı müqavilələr çərçivəsində dörd raket sisteminin istehsalını 2-4 dəfə artırmağı planlaşdırır.

Mastercard araşdırması: ödəniş mübahisələrinin azaldılması üçün əməkdaşlıq vacibdir

Mastercard tərəfindən maliyyələşdirilən yeni araşdırma geri qaytarmaların azaldılması üçün daha sıx əməkdaşlığın zəruriliyini ortaya qoyur.

McDonald’s, Microsoft və Google tokenləşdirilmiş səhmlərə etiraz edir

Böyük şirkətlər SEC-in innovasiya istisnası çərçivəsində tokenləşdirilmiş səhmlərin listinqinə etiraz edir.

Süni intellekt qəbiristanlığı: uğursuz olan layihələrin siyahısı

Süni intellekt sahəsində gözləntiləri doğrulmayan və bağlanan layihələrin siyahısı startap ekosistemi üçün dərs xarakteri daşıyır.
spot_img