DİN saxta kriptovalyuta ilə bağlı vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi saxta kriptovalyuta ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, müraciətdə deyilir: “Saxta kriptovalyuta tələsinə düşmə halları artmaqdadır. Onlayn qaydada kriptovalyuta almaq istəyən bir neçə vətəndaşın pul vəsaitləri bank kartlarından naməlum hesablara köçürülüb. Təkcə dünən bir neçə vətəndaşımıza dəyən ziyanın miqdarı 20000 manata yaxındır. Cinayətkar şəxslər və ya qruplar “onlayn valyutadəyişmə məntəqələri” yaratmaqla valyuta məzənnələrini şişirdərək diqqəti cəlb edir, saxta elektron sikkələr sataraq insanların pul vəsaitlərini kütləvi formada talayırlar. Elektron dövriyyədə bu mübadilə real görünsə də, əslində saxta səhifələr üzərindən idarə edilir, hansısa birja, maliyyə, bank əlaqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq vətəndaşları diqqətli olmağa, saxta hesablar üzərindən kriptovalyuta mübadiləsindən çəkinməyə çağırırıq”.

spot_imgspot_img

Oxşar xəbərlər

Blur NFT marketplace 99 faiz həcm düşməsindən sonra bağlanır

Bir vaxtlar ən böyük Ethereum NFT marketplace olan Blur 99 faiz həcm düşməsindən sonra bağlanır.

Niobia istehsal xətlərində qüsurları aşkar edən startup kimi diqqət çəkir

San-Fransiskoda yerləşən Niobia startup batareya və çip istehsalçılarına istehsal xətlərində qüsurları aşkar etməyə kömək edir.

Bitcoin 83 min dollar ətrafında sıx aralıqda ticarət olunur: ABŞ inflyasiya məlumatları gözlənilir

Bitcoin 83 min dollar ətrafında sıx aralıqda ticarət olunur, investorlar ABŞ inflyasiya məlumatlarını gözləyir.

BNY və Citadel Securities tokenləşdirilmiş ABŞ xəzinə istiqrazlarını sınaqdan keçirir

BNY və Citadel Securities tokenləşdirilmiş ABŞ xəzinə istiqrazlarını sınaqdan keçirərək Wall Street maliyyələşdirməsini sürətləndirməyi hədəfləyir.

FBI Openai işçisini konfrans otağına gizli dinləmə cihazı yerləşdirməkdə ittiham edib

FBI OpenAI şirkətinin bir işçisini konfrans otağına gizli dinləmə cihazı yerləşdirməkdə ittiham edərək həbs edib.
spot_img