m10-da köçürmələr üzrə komissiyasız limit 4 dəfə azaldılır, nağdlaşdırma komissiyalı olur

m10-da mart ayından bəzi əməliyyatlar üzrə yeni tariflər tətbiq ediliəcək.

“PASHA Pay” şirəkəti xəbər verir ki, digər m10 hesabına köçürmələr üzrə komissiyasız limit 20 min manatdan 5 min manata dəyişdirilir. 5 min manatlıq limit keçildikdən sonra 0.5% komissiya tutulacaqdır. Hazırda digər m10 hesabına köçürmələr 20 min manata qədər komissiyasızdır və bu mələğ keçdikdən sonra 0.5% komissiya tutulur. 

Həmçinin, hazırda m10 hesabından karta köçürmələr komissiyasızdır. Mart ayından etibarən aylıq cəmi 5 min manata qədər köçürmələr komissiyasız olacaqdır. Limiti keçdikdən sonra 0.5% komissiya tutulacaqdır. 

Ən önəmlisi, m10-da komissiyasız nağdlaşdırma dövrü sona çatır. Martdan etibarən Kapital Bank bankomatları vasitəsilə QR nağdlaşdırma zamanı 1% komissiya (minimum 1 manat) tutulacaq. 

Beynəlxalq köçürmələr zamanı komissiya valyutanın həmin günə olan məzənnəsindən asılı olacaqdır. 

Tətbiqdə m10 hesabının artırılması komissiyasız olaraq qalır. 

Komissiyasız pul köçürmək (0 ₼ komissiya ilə istədiyin adama pul göndər), komissiyasız nağdlaşdırma (bütün Kapital Bank bankomatlarında cəmi bir neçə saniyəyə pulunu komissiyasız nağdlaşdırmaq) m10-un əsas üstünlükləri idi.

Əlavə edək ki, yaşı 18-dən az olan istifadəçilər üçün m10 tətbiqindən istifadə etmələri dayandırılır. 

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img