İKTA “Temu” ilə görüş keçirib

“Temu” şikayətlərin operativ və obyektiv araşdırılması üçün xüsusi koordinator müəyyən edəcəyinə söz verib.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə Çinin ən böyük elektron satış platformalarından olan “Temu” rəsmiləri arasında görüş keçirilib.

İKTA-dan Marja-ya bildirilib ki, görüşdə son zamanlar bu platforma üzərindən Azərbaycana birbaşa daşımalarla bağlı vətəndaşların narahatlığının artması və narazılığının tez bir zamanda araşdırılaraq aradan qaldırılması üçün zəruri addımlardan danışılıb.

Həmçinin İKTA və “Temu” arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri əsas müzakirə mövzusu olub.

Bildirilib ki, tənzimləyici qurum olan İKTA xaricdən birbaşa daşımalarda həm vətəndaşların, həm də sahibkarlıq subyektləri olan poçt rabitəsi operatorlarının mənafelərinin qorunmasında maraqlıdır. Bu baxımdan yaranan şikayətlər sürətlə araşdırılmalı və operativ həll edilməlidir.

Qarşı tərəf də öz növbəsində müştəri məmnuniyyətinə xüsusi önəm verdiyini və bu kimi problemlərin qısa zamanda aradan qaldırılması üçün Azərbaycanın tənzimləyici qurumu ilə əməkdaşlıqda maraqlı olduğunu açıqlayıb.

Görüşdə, həmçinin belə müzakirələrin davamlı aparılması qərara alınıb.

“Temu” rəsmiləri, eyni zamanda İKTA vasitəsilə daxil olan müraciətlərin operativ və obyektiv araşdırılması üçün Azərbaycanın poçt xidmətləri üzrə tənzimləyici qurumu ilə təmaslar quracaq xüsusi koordinatorun müəyyən olunacağını bildiriblər.

Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl İKTA vətəndaşlar tərəfindən bağlamaların ünvana çatdırılması ilə bağlı daxil olan şikayətlərin artması səbəbindən poçt rabitəsi operatorlarına xəbərdarlıq edib. Bu məqsədlə müvafiq poçt rabitəsi operatorlarının rəhbər şəxsləri İKTA-ya dəvət edilib və qeyd edilən şikayətlərlə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı mövcud qanunvericiliyin tələbləri bir daha xatırladılıb və nöqsanların qısa zamanda aradan qaldırılması tələb edilib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

spot_imgspot_img

Oxşar xəbərlər

Xapo Bank rəhbəri: Bitcoin sahibləri getdikcə kredit və gəlir imkanlarına yönəlir

Xapo Bank CEO-su qeyd edib ki, uzunmüddətli Bitcoin investorları üçün kredit götürmək və gəlir əldə etmək prioritetə çevrilir.

Azərbaycanda pambıq istehsalı 17 faiz artıb: daha az sahədən daha çox məhsul

Azərbaycanda pambıq istehsalı 16,8 faiz artaraq 362,9 min tona çatıb. Artım əsasən məhsuldarlığın yüksəlməsi hesabına əldə olunub.

Bitcoin 81 min dollar səviyyəsində dəstək axtarır, neft bahalaşır

Bitcoin 81 min dolların altına düşüb. Neftin bahalaşması və səhmlərin ucuzlaşması kripto bazarına təzyiq göstərir.

TEN Credit Union Corelation KeyStone keçidi üçün Bankjoy-u seçib

TEN Credit Union Corelation KeyStone keçidi üçün Bankjoy-un rəqəmsal bank platformasını seçib.

Fransa Moody’s-in kredit reytinqini aşağı salmasından yayına bildi

Moody's Fransanın kredit reytinqini Aa3 səviyyəsində saxlayıb. Qərar siyasi böhran yaşayan ölkəyə qısa müddətli rahatlıq gətirib.
spot_img