“İkas” “Neftçi” PFK-nın rəsmi sponsoru oldu!

“Neftçi” PFK ilə Türkiyənin məşhur elektron ticarət infrastrukturu brendi “İkas” arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Razılaşmaya əsasən, “İkas” “Neftçi” PFK-nın məhsullarının satışını təşkil edəcək onlayn fan-mağazasının veb saytını və texniki infrastrukturunu quracaq.

“İkas” bizimlə – Azərbaycanın ən köklü klubu ilə əməkdaşlığa imza atmaqla həm təcrübəsini beynəlxalq arenaya çıxarır, həm də Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq bağlarını idman meydanlarından e-ticarət dünyasına daşıyır.

Qeyd edək ki, Türkiyədə idmanın inkişafına dəstək olmaq missiyası ilə yola çıxan “İkas” ad sponsoru kimi “Eyüpspor”un yaşıl meydanlardakı uğurlarında pay sahibi olmaqla yanaşı, Türkiyə Sığorta Basketbol Super Liqasının baş sponsoru olaraq da qardaş ölkədə basketbolun inkişafına öz töhfəsini verir.

“İkas” idman klublarını təkcə sponsorluqlarla deyil, həm də təklif etdiyi rəqəmsal həllərlə də dəstəkləyir. E-ticarət infrastrukturu sayəsində klubların mağazalarını rəqəmsal dünyaya çıxarır və onlara öz azarkeşləri ilə daha güclü bağ yaratmaq imkanı verir, klublara öz məhsullarını dünyadakı azarkeşlərinə tez, etibarlı və asanlıqla çatdırmaq şəraiti yaradır.

spot_imgspot_img

Oxşar xəbərlər

Binance tənzimləyici təsdiqdən sonra tokenləşdirilmiş IPO proqramı işə salacaq

Binance tənzimləyici təsdiqdən sonra tokenləşdirilmiş səhm məhsulları üzrə IPO proqramını işə salmağı planlaşdırır.

PSB biznes üçün sahibkarlara dəstək verən iki televiziya layihəsi hazırlayıb

PSB bankı kiçik və orta biznesə dəstək məqsədilə iki televiziya layihəsi hazırlayıb.

Bitcoin ölüm xaçı astanasındadır: əvvəlki 13 halda nə baş verib

Bitcoin texniki analizdə ölüm xaçı astanasındadır. Keçmişdə bu siqnal 13 dəfə qeydə alınıb və nəticələr fərqli olub.

OpenAI Apple şirkətini oğurluqda ittiham edərək iddia qaldırıb

OpenAI Apple şirkətini ticarət sirlərini oğurlamaqda və aparat təchizatçılarına təzyiq göstərməkdə ittiham edərək məhkəməyə müraciət edib.

Huawei biznes üçün 5,9 mm qalınlığında Qingyun C7 planşetini təqdim etdi

Huawei biznes və dövlət qurumları üçün 5,9 mm qalınlığında Qingyun C7 planşetini təqdim edib.
spot_img