m10-da köçürmələr üzrə komissiyasız limit 4 dəfə azaldılır, nağdlaşdırma komissiyalı olur

m10-da mart ayından bəzi əməliyyatlar üzrə yeni tariflər tətbiq ediliəcək.

“PASHA Pay” şirəkəti xəbər verir ki, digər m10 hesabına köçürmələr üzrə komissiyasız limit 20 min manatdan 5 min manata dəyişdirilir. 5 min manatlıq limit keçildikdən sonra 0.5% komissiya tutulacaqdır. Hazırda digər m10 hesabına köçürmələr 20 min manata qədər komissiyasızdır və bu mələğ keçdikdən sonra 0.5% komissiya tutulur. 

Həmçinin, hazırda m10 hesabından karta köçürmələr komissiyasızdır. Mart ayından etibarən aylıq cəmi 5 min manata qədər köçürmələr komissiyasız olacaqdır. Limiti keçdikdən sonra 0.5% komissiya tutulacaqdır. 

Ən önəmlisi, m10-da komissiyasız nağdlaşdırma dövrü sona çatır. Martdan etibarən Kapital Bank bankomatları vasitəsilə QR nağdlaşdırma zamanı 1% komissiya (minimum 1 manat) tutulacaq. 

Beynəlxalq köçürmələr zamanı komissiya valyutanın həmin günə olan məzənnəsindən asılı olacaqdır. 

Tətbiqdə m10 hesabının artırılması komissiyasız olaraq qalır. 

Komissiyasız pul köçürmək (0 ₼ komissiya ilə istədiyin adama pul göndər), komissiyasız nağdlaşdırma (bütün Kapital Bank bankomatlarında cəmi bir neçə saniyəyə pulunu komissiyasız nağdlaşdırmaq) m10-un əsas üstünlükləri idi.

Əlavə edək ki, yaşı 18-dən az olan istifadəçilər üçün m10 tətbiqindən istifadə etmələri dayandırılır. 

spot_imgspot_img

Oxşar xəbərlər

Samsung-un Gemini dəstəkli ağıllı eynəkləri bazara çıxarılır

Samsung Gemini dəstəkli ağıllı eynəklərini bazara çıxarır — ilk mərhələdə bəzi bazarlarda satış olmayacaq.

Şampiyonlar Liqası yayım hüququ uğrunda Amazon və S Sport iddiası

Şampiyonlar Liqası yayım hüququ uğrunda Amazon və S Sport-un birgə iştirak edəcəyi iddia olunur.

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır

Azərbaycanın startap ekosisteminin dəyəri 600 milyon dollara yaxınlaşır — ekosistem 161 startapdan ibarətdir.

Kipp fintex platforması ABŞ bazarına çıxış üçün investor qrupu tərəfindən alındı

Kart emissiyaçıları ilə tacirləri birləşdirən Kipp fintex platforması ABŞ bazarına çıxış məqsədilə LTVCo rəhbərliyindəki investor qrupu tərəfindən alınıb.

Visa Seneqalla rəqəmsal ödənişlər üzrə saziş imzaladı

Visa və Seneqalın Telekommunikasiya və Rəqəmsal İşlər Nazirliyi rəqəmsal ödənişlərin inkişafı üzrə iki illik əməkdaşlıq memorandumu imzalayıb.
spot_img