Kriptobazar yenidən çöküş yaşayır — son 24 saat ərzində $200 milyarddan çox bazar dəyəri itirildi

Bitcoin $90 min həddindən aşağı düşdü. Bəzi treyderlər bazardakı “ayı” əhvalının süni şəkildə şişirdildiyini düşünür.

25 fevral 2025-ci il, Bakı vaxtı ilə 11:29-a olan göstəricilər:

  • BTC — $89,6 min (-6% son 24 saat ərzində)
  • ETH — $2402 (-10%)
  • XRP — $2,19 (-10,78%)
  • BNB — $604,4 (-5,4%)
  • SOL — $138,5 (-12,7%)
  • DOGE — $0,20 (-10%)
  • ADA — $0,67 (-8,4%)

Kriptovalyuta bazarının qorxu və tamah indeksi son bir gün ərzində 49-dan 25-ə qədər enib. Bir gün əvvəl indeks “neytral” zonada idi, lakin indi “qorxu” zonasında yer alıb. Bu, bazarın itkilərdən ehtiyatlandığını və daha çox satış etdiyini göstərir.

Bazarın çöküşünün əsas səbəbləri:

📉 Bybit-in sındırılması və bazarın reaksiyası
Cointelegraph-a görə, bu çöküş 21 fevral 2025-ci ildə başlayan korreksiya prosesinin bir hissəsidir. Həmin gün Bybit kriptobirjasından 1,46 milyard dollarlıq ETH və digər əlaqəli tokenlər oğurlanmışdı. Arkham Intelligence-in məlumatına görə, bu hücum Şimali Koreyanın Lazarus Group haker qrupu ilə əlaqələndirilir.

Bybit Ethereum ehtiyatlarını tam bərpa edib və Bitget birjasından aldığı krediti qaytarıb. QCP Capital-in analitikləri bildirirlər ki, bazarın bu hadisəyə nisbətən sakit reaksiya verməsi və Bybit-in sürətli addımları bazarın əvvəlki illərə nisbətən daha yetkin olduğunu göstərir.

📉 Dərivativ bazarında likvidasiyalar
Coinglass-ın məlumatına görə, son 24 saatda kripto derivativ bazarında $1,34 milyardlıq likvidasiya baş verib. Əsasən böyüməyə oynayan uzun mövqelər (long positions) zərər görüb.

📉 İnvestisiya fondlarından kapital axını
Son iki həftə ərzində kriptovalyuta investisiya fondlarından kapital axını davam edir. İnstitusional investorlar ABŞ-ın pul-kredit siyasətindəki qeyri-müəyyənlik, ticarət tarifləri və inflyasiya ilə bağlı narahatlıqlar səbəbindən bazardakı paylarını azaldırlar.

📉 Nasdaq-da texnoloji səhmlərin düşməsi və Yapon yeninin güclənməsi
Coindesk-in məlumatına görə, Nasdaq birjasında texnologiya səhmlərinin enməsi və Yapon yeninin güclənməsi də kriptobazarın çöküşünü sürətləndirib. Bu, treyderlərə 2024-cü ilin avqustunda baş verən Bitcoin enişini xatırladıb, həmin vaxt BTC $60 mindən $49 minə düşmüşdü.

Həmin dövrdə Yaponiya Mərkəzi Bankının uçot dərəcəsini 0,1%-dən 0,25%-ə qaldırması carry-trade strategiyasına təsir etmişdi. Bu strategiyada investorlar aşağı faizli valyutalarla borc alır, sonra bu vəsaiti daha yüksək faiz dərəcəsinə malik aktivlərə yönəldirlər. Yen-in güclənməsi bu prosesin pozulmasına səbəb olub və Bitcoin bazarında çaxnaşma yaratmışdı.

spot_imgspot_img

Oxşar xəbərlər

Amazon köhnə kömür stansiyasında 12 kiçik nüvə reaktoru maliyyələşdirəcək

Amazon köhnə kömür stansiyasının yerində 12 kiçik nüvə reaktoru maliyyələşdirərək məlumat mərkəzlərinin enerji tələbatını qarşılamağı hədəfləyir.

Bitcoin 83 min dollarda rədd edildi: ABŞ istiqraz gəlirləri yenidən yüksəlir

Bitcoin 83 min dollarda rədd edilib və dar diapazonda qalır, ABŞ istiqraz gəlirlərinin yüksəlməsi riskli aktivlərə marağı azaldır.

Revolut qlobal genişlənmə üçün Cəbəllütariqdə kripto lisenziyası aldı

Revolut qlobal genişlənmə strategiyası çərçivəsində Cəbəllütariqdə kripto lisenziyası əldə edərək beynəlxalq bazarlarda xidmətlərini genişləndirməyi hədəfləyir.

Nvidia korporativ mühit və kompüterlər üçün açıq süni intellekt modelləri təqdim etdi

Nvidia korporativ mühit və kompüterlər üçün açıq süni intellekt modelləri buraxaraq məxfilik qoruyan agentləri reallaşdırmağı hədəfləyir.

Süni intellekt asistenti Town dörd ayda unicorn dəyəri əldə etdi

Süni intellekt əsaslı asistent hazırlayan Town startapı dörd ayda unicorn statusu qazanaraq 108 milyon dollarlıq investisiya cəlb edib.
spot_img