m10-da köçürmələr üzrə komissiyasız limit 4 dəfə azaldılır, nağdlaşdırma komissiyalı olur

m10-da mart ayından bəzi əməliyyatlar üzrə yeni tariflər tətbiq ediliəcək.

“PASHA Pay” şirəkəti xəbər verir ki, digər m10 hesabına köçürmələr üzrə komissiyasız limit 20 min manatdan 5 min manata dəyişdirilir. 5 min manatlıq limit keçildikdən sonra 0.5% komissiya tutulacaqdır. Hazırda digər m10 hesabına köçürmələr 20 min manata qədər komissiyasızdır və bu mələğ keçdikdən sonra 0.5% komissiya tutulur. 

Həmçinin, hazırda m10 hesabından karta köçürmələr komissiyasızdır. Mart ayından etibarən aylıq cəmi 5 min manata qədər köçürmələr komissiyasız olacaqdır. Limiti keçdikdən sonra 0.5% komissiya tutulacaqdır. 

Ən önəmlisi, m10-da komissiyasız nağdlaşdırma dövrü sona çatır. Martdan etibarən Kapital Bank bankomatları vasitəsilə QR nağdlaşdırma zamanı 1% komissiya (minimum 1 manat) tutulacaq. 

Beynəlxalq köçürmələr zamanı komissiya valyutanın həmin günə olan məzənnəsindən asılı olacaqdır. 

Tətbiqdə m10 hesabının artırılması komissiyasız olaraq qalır. 

Komissiyasız pul köçürmək (0 ₼ komissiya ilə istədiyin adama pul göndər), komissiyasız nağdlaşdırma (bütün Kapital Bank bankomatlarında cəmi bir neçə saniyəyə pulunu komissiyasız nağdlaşdırmaq) m10-un əsas üstünlükləri idi.

Əlavə edək ki, yaşı 18-dən az olan istifadəçilər üçün m10 tətbiqindən istifadə etmələri dayandırılır. 

spot_imgspot_img

Oxşar xəbərlər

Fintech şirkəti Ramp 1,85 milyard dollar investisiya alıb

ABŞ fintech şirkəti Ramp 1,85 milyard dollarlık investisiya turunu tamamlayıb.

Bitcoin 83 min dollardan aşağı düşdü: dollar güclənir, bazar ehtiyatlıdır

Bitcoin 83 min dollar səviyyəsindən aşağı düşüb. Dolların güclənməsi və istiqraz gəlirlərinin artması bazar iştirakçılarını ehtiyatlı davranmağa sövq edir.

TechCrunch Disrupt 2026 sabah başlayır: bilet endirimi üçün son şans

TechCrunch Disrupt 2026 sabah San-Fransiskoda start götürür. Bilet endirimi üçün son 24 saat ərzində imkan var.

Azərbaycan Kambocanın pambıq emalı təcrübəsindən yararlana bilər

Azərbaycan xam pambığı son məhsula çevirməkdə Kambocanın təcrübəsindən yararlana bilər.

Kamboca Azərbaycanın dəstəyi ilə Mərkəzi Asiya bazarlarına çıxmaq istəyir

Kamboca Azərbaycanla tərəfdaşlığı inkişaf etdirərək Mərkəzi Asiya bazarlarına çıxmağı hədəfləyir. Biznes forumda sənaye əməkdaşlığı müzakirə olunub.
spot_img