m10 cüzdanında qeydiyyat sərtləşdiriləcək

Mayın 9-dan etibarən FİN kod ilə qeydiyyatdan keçməyənlər üçün elektron pulqabıdan istifadə məhdudlaşdırılacaq.

Azərbaycan Mərkəzi Bankının yeni qaydalarına əsasən, elektron pulqabılarda üztanıma məcburi olacaq.

Bu barədə “PASHA Pay” şirkətindən bildirilib. Qeyd edilib ki, müştərilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları çərçivəsində göstərilən tarixədək hər bir istifadəçi şəkli və FİN kodu ilə qeydiyyatdan keçməlidir. 

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, bütün maliyyə tətbiqləri kimi, m10 elektron pulqabılarında da şəxsi FİN kod ilə qeydiyyatdan keçmək məcburidir. Ödəniş xidməti tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir.

Yeni qaydalara əsasən, qeydiyyat çox asandır. İstifadəçilər şəxsi məlumatlarına FİN kod əlavə edərək üztanıma həyata keçirəcəklər. Geniş məlumat istifadəçi nömrələrinə göndəriləcək.  

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img