Tam DigiCard sahiblərinə ABB-dən 10% keşbek!

ABB Tam DigiCard Mastercard sahiblərinə özəl kampaniyaya start verib.

Kampaniya 12 avqust – 15 sentyabr 2024-cü il tarixlərində (hər iki tarix daxil olmaqla) davam edəcək. Kampaniya müddətində Tam DigiCard Mastercard əldə edən müştərilər nağdsız ödənişlər zamanı 10% keşbek qazanacaqlar.

 Kampaniya şərtləri:

– Kampaniya müddətində Tam DigiCard Mastercard debet kartları ilə edilən nağdsız ödənişlərə görə müştərilər əlavə 10% keşbek qazanacaqlar.

– Təklif Tam DigiCard Mastercard debet kartlarını kampaniya müddətində yeni əldə edən müştərilərə şamil olunur.

– Kampaniya müddətində qazanılan keşbeklər dərhal müştərilərin keşbek balansına köçürüləcək.

-Kommunal ödənişlər, mobil operator ödənişləri, vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri, nağdlaşdırma əməliyyatları və ləğv edilmiş ödənişlər nəzərə alınmayacaq.

-Bir müştərinin hər kart üzrə qazana biləcəyi maksimal keşbek məbləği 10 AZN-dir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

spot_imgspot_img

Oxşar xəbərlər

Bakıda rəqəmsal maliyyə ekosistemi konfransı keçirilir

Bakıda dövlət maliyyəsinin rəqəmsallaşması, süni intellekt və ödəniş sistemlərinə həsr olunmuş konfrans keçirilir.

Meta Muse 10 milyon istifadəçiyə çatdı: alış-veriş əsas fəaliyyətə çevrildi

Meta-nın Muse süni intellekt tətbiqi 10 milyon istifadəçini keçib, alış-veriş ən populyar funksiyalardan birinə çevrilib.

ChatGPT reklam platforması 89 ölkəyə qədər genişləndi

OpenAI ChatGPT-nin reklam platformasını daha 26 bazar əlavə edərək 89 ölkəyə çatdırıb və süni intellekt əsaslı reklam kanalını qlobal miqyasda genişləndirib.

Meta konfidensiallıq pozuntularına görə 25 milyard dollar cərimə ödəməli olacaq

Meta Cambridge Analytica işi ilə bağlı konfidensiallıq pozuntularına görə 25 milyard dollar ödəməli olacaq.

Tesla Optimus robotlarının Kaliforniyada istehsalına başladı, mənfəət 43 faiz azaldı

Tesla Kaliforniyada Optimus humanoid robotlarının seriyalı istehsalına başlayıb, lakin süni intellekt və robototexnika xərcləri səbəbindən mənfəət 43 faiz azalıb.
spot_img