Clopos 🇹🇷 Türkiyə bazarında fəaliyyətə başlayıb

Restoranlar üçün bulud Pos və Menyu sistemi olan Clopos Türkiyədə fəaliyyətə başlayıb.

Bu barədə Clopos şirkətinin həmtəsisçisi Murad Həsənov sosial media hesablarında paylaşıb.

Clopos qısa müddətdə Yemeksepeti, Trendyol Yemek və Getir Yemek kimi tanınmış qida çatdırılma platformaları ilə inteqrasiya etməklə, Türkiyə bazarına uyğunlaşdırılıb. POS ödənişləri və e-hökumət xidmətləri üçün Ingenico və iKasa məhsullarını birləşdirmək məqsədilə Worldline Türkiye ilə inteqrasiya edilib və problemsiz əməliyyat təcrübəsi təmin olunub.

Clopos Türkiyənin smart menyu həllərinin təminatçısı olan Pardon ilə stratejik əməkdaşlığa başlayıb. Şirkət Türkiyə bazarına girişi ilk olaraq İzmir şəhərindən başlayıb və bir neçə restoranla inteqrasiya edib

Qeyd edək ki, Clopos restoran biznesləri üçün aparıcı yeni nəsil bulud əsaslı POS həllidir. Clopos restoran və kafelərə əlavə olaraq QR Menyu, Elektron kassa, Yemək çatdırılma aqreqatorları, Mətbəx sistemi və CloposPay həllərini təqdim edir. Şirkət hazırda Azərbaycan, Gürcüstan, BƏƏ və Özbəkistan bazarlarından olan müştərilərinə xidmət verir.

spot_imgspot_img

Oxşar xəbərlər

Yaponiya kripto vergi yoxlamalarını gücləndirir: 24,5 milyon dollar gizli gəlir aşkarlanıb

Yaponiya kripto ticarəti ilə məşğul olan şəxslərə qarşı vergi yoxlamalarını gücləndirir. 24,5 milyon dollar gizli gəlir aşkarlanıb.

Hepsiburada-da Efsane Cuma endirimləri bütün həftəyə yayılıb

Hepsiburada Efsane Kasım kampaniyasının 11-ci ili münasibətilə Efsane Cuma endirimlərini bütün həftəyə yayıb.

Google süni intellekt ajanları üçün simulyasiya olunmuş internet mühiti yaratdı

Google süni intellekt ajanlarının təhlükəsizliyini yoxlamaq üçün Mirror Dimension adlı simulyasiya olunmuş internet mühiti təqdim edib.

Anthropic-in 81,3 milyard dollarlıq IPO-su bankalara qoyulan məhdudiyyətlərlə gündəmdə

Süni intellekt şirkəti Anthropic-in 81,3 milyard dollarlıq ilkin kütləvi təklifi investisiya banklarına tətbiq edilən qeyri-adi məhdudiyyətlərlə gündəmə gəlib.

Bitcoin iki illik minimumdan sıçrayış etdi: 61 min dollara qayıdış

Bitcoin həftəsonu 55,5 min dollara enərək iki illik minimuma çatdıqdan sonra 61 min dollar səviyyəsini keçib. Bərpa Nasdaq fyuçerslərinin artımı ilə üst-üstə düşür.
spot_img