m10 cüzdanında qeydiyyat sərtləşdiriləcək

Mayın 9-dan etibarən FİN kod ilə qeydiyyatdan keçməyənlər üçün elektron pulqabıdan istifadə məhdudlaşdırılacaq.

Azərbaycan Mərkəzi Bankının yeni qaydalarına əsasən, elektron pulqabılarda üztanıma məcburi olacaq.

Bu barədə “PASHA Pay” şirkətindən bildirilib. Qeyd edilib ki, müştərilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları çərçivəsində göstərilən tarixədək hər bir istifadəçi şəkli və FİN kodu ilə qeydiyyatdan keçməlidir. 

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, bütün maliyyə tətbiqləri kimi, m10 elektron pulqabılarında da şəxsi FİN kod ilə qeydiyyatdan keçmək məcburidir. Ödəniş xidməti tərəfindən ödəniş əməliyyatlarının aparılması zamanı ödəyicinin və vəsait alanın, habelə benefisiar mülkiyyətçilərin müştəri uyğunluğu tədbirləri və bununla bağlı digər məsələlər Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməklə həyata keçirilir.

Yeni qaydalara əsasən, qeydiyyat çox asandır. İstifadəçilər şəxsi məlumatlarına FİN kod əlavə edərək üztanıma həyata keçirəcəklər. Geniş məlumat istifadəçi nömrələrinə göndəriləcək.  

spot_imgspot_img

Oxşar xəbərlər

Amazon Web Services araşdırması: şirkətlər süni intellektdən necə gəlir əldə edir

AWS şirkətlərin süni intellekt investisiyalarından real gəlir əldə etmə yollarını araşdıran hesabat dərc edib. Uğurlu şirkətlər AI-ni biznes strategiyasının mərkəzinə qoyurlar.

ABŞ-da rusdilli sakinləri hədəf alan kriptodələduzluq şəbəkəsi aşkarlanıb

ABŞ-da rusdilli sakinləri hədəf alan beynəlxalq kriptodələduzluq şəbəkəsi aşkarlanıb. Dələduzlar Facebook reklamları ilə istifadəçiləri saxta investisiya saytlarına yönləndiriblər.

Rusiya banklarının mənfəəti ilk dəfə 4 trilyon rublu keçəcək

Rusiya banklarının 2026-cı il üzrə xalis mənfəətinin ilk dəfə 4 trilyon rublu keçəcəyi gözlənilir.

YouTube Music süni intellektlə yaradılan mahnıları etiketləyəcək

YouTube Music süni intellektlə yaradılan musiqiləri xüsusi etiketlərlə işarələməyə başlayır.

Siber güvenlik girişimi Pluto 42,5 milyon dollarlıq investisiya alıb

Siber güvenlik girişimi Pluto toplamda 42,5 milyon dollarlıq investisiya cəlb edib.
spot_img