Mərkəzi Bank Payriff, FizzaPay, Kabox və Greentek Group-a da lisenziya verdi

Mərkəzi Bank tərəfindən müvafiq təşkilatlara elektron pul təşkilatı və ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair Mərkəzi Banka müraciət etmiş təşkilatların qiymətləndirilməsi həyata keçirilməkdədir.

Bu istiqamətdə aparılan işlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarlarına əsasən “Payriff” QSC və “Greentek Group” MMC-yə elektron pul təşkilatı, “Fizza Pay” MMC və “Kabox” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

Qeyd edib ki, Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.

Beləliklə, indiyədək “A-Solutions Elektron Pul Təşkilatı” MMC, “United Payment” MMC, “Modenis” MMC, “PashaPay” MMC, “Mobile Payment Solutions” MMC, “Mpay” QSC, “Paysis” MMC, “PulPal” MMC, “Qoldenpey” ASC, “K Group” MMC, “Azərikard” MMC,  “Payriff” QSC, “Greentek Group” elektron pul təşkilatı, “Token Azərbaycan” MMC, “Global İnnovations” MMC, “Drakaris” MMC, “Multi Solutions” MMC, “M.A.X Sistemləri Plyus” MMC, “Cibpay” MMC, “Fizza Pay” MMC, “Kabox” MMC ödəniş təşkilatı və “Azərikard” MMC ödəniş sistemi lisenziyası alıblar. 

spot_imgspot_img

Oxşar xəbərlər

PayPal ChatGPT-yə inteqrasiya olunur: Süni intellektdə ödənişlərin yeni mərhələsi

PayPal süni intellekt sahəsində mühüm bir addım ataraq, ChatGPT-yə...

“Azərbaycan Fintex Assosiasiyası”na yeni sədr təyin edilib

"Azərbaycan Fintex Assosiasiyası" ("Azfina") İctimai Birliyinin İdarə Heyəti (İH)...

Western Union Solana üzərində dollar dəstəklı stabilkoin buraxacaq

Dünyanın ən qədim pul köçürmə şirkətlərindən biri olan Western...

Qırğızıstan dövlət kriptovalyutasını təqdim edib

Qırğızıstan, Binance ilə əməkdaşlıq çərçivəsində öz milli kriptovalyutası olan...

m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir 

Tərəfdaşlıq ölkənin milli valyutası Azərbaycan manatı (AZN) ilə birbaşa...
spot_img