Kriptobazar yenidən çöküş yaşayır — son 24 saat ərzində $200 milyarddan çox bazar dəyəri itirildi

Bitcoin $90 min həddindən aşağı düşdü. Bəzi treyderlər bazardakı “ayı” əhvalının süni şəkildə şişirdildiyini düşünür.

25 fevral 2025-ci il, Bakı vaxtı ilə 11:29-a olan göstəricilər:

  • BTC — $89,6 min (-6% son 24 saat ərzində)
  • ETH — $2402 (-10%)
  • XRP — $2,19 (-10,78%)
  • BNB — $604,4 (-5,4%)
  • SOL — $138,5 (-12,7%)
  • DOGE — $0,20 (-10%)
  • ADA — $0,67 (-8,4%)

Kriptovalyuta bazarının qorxu və tamah indeksi son bir gün ərzində 49-dan 25-ə qədər enib. Bir gün əvvəl indeks “neytral” zonada idi, lakin indi “qorxu” zonasında yer alıb. Bu, bazarın itkilərdən ehtiyatlandığını və daha çox satış etdiyini göstərir.

Bazarın çöküşünün əsas səbəbləri:

📉 Bybit-in sındırılması və bazarın reaksiyası
Cointelegraph-a görə, bu çöküş 21 fevral 2025-ci ildə başlayan korreksiya prosesinin bir hissəsidir. Həmin gün Bybit kriptobirjasından 1,46 milyard dollarlıq ETH və digər əlaqəli tokenlər oğurlanmışdı. Arkham Intelligence-in məlumatına görə, bu hücum Şimali Koreyanın Lazarus Group haker qrupu ilə əlaqələndirilir.

Bybit Ethereum ehtiyatlarını tam bərpa edib və Bitget birjasından aldığı krediti qaytarıb. QCP Capital-in analitikləri bildirirlər ki, bazarın bu hadisəyə nisbətən sakit reaksiya verməsi və Bybit-in sürətli addımları bazarın əvvəlki illərə nisbətən daha yetkin olduğunu göstərir.

📉 Dərivativ bazarında likvidasiyalar
Coinglass-ın məlumatına görə, son 24 saatda kripto derivativ bazarında $1,34 milyardlıq likvidasiya baş verib. Əsasən böyüməyə oynayan uzun mövqelər (long positions) zərər görüb.

📉 İnvestisiya fondlarından kapital axını
Son iki həftə ərzində kriptovalyuta investisiya fondlarından kapital axını davam edir. İnstitusional investorlar ABŞ-ın pul-kredit siyasətindəki qeyri-müəyyənlik, ticarət tarifləri və inflyasiya ilə bağlı narahatlıqlar səbəbindən bazardakı paylarını azaldırlar.

📉 Nasdaq-da texnoloji səhmlərin düşməsi və Yapon yeninin güclənməsi
Coindesk-in məlumatına görə, Nasdaq birjasında texnologiya səhmlərinin enməsi və Yapon yeninin güclənməsi də kriptobazarın çöküşünü sürətləndirib. Bu, treyderlərə 2024-cü ilin avqustunda baş verən Bitcoin enişini xatırladıb, həmin vaxt BTC $60 mindən $49 minə düşmüşdü.

Həmin dövrdə Yaponiya Mərkəzi Bankının uçot dərəcəsini 0,1%-dən 0,25%-ə qaldırması carry-trade strategiyasına təsir etmişdi. Bu strategiyada investorlar aşağı faizli valyutalarla borc alır, sonra bu vəsaiti daha yüksək faiz dərəcəsinə malik aktivlərə yönəldirlər. Yen-in güclənməsi bu prosesin pozulmasına səbəb olub və Bitcoin bazarında çaxnaşma yaratmışdı.

spot_imgspot_img

Oxşar xəbərlər

Bayram həftəsində e-ticarət səhmlər indeksi zəifləyib

2025-ci ilin bayram mövsümündə qlobal e-ticarət səhmlər indeksi zəifləmə...

OpenAI Google ilə rəqabətin kəskinləşməsi fonunda GPT-5.2-ni təqdim edib

Dekabrın əvvəlində Sem Altman şirkətdə “Qırmızı Kod” elan edərək...

TerraUSD-nin yaradıcısı Do Kvon 15 il həbs cəzasına məhkum edilib

NBC News-un yazdığına görə, hökmü elan edən hakim Do...

Financial Times Nvidia-nın rəhbəri Jensen Huang-ı ilin adamı seçib

Bundan bir gün əvvəl Time jurnalı ilin “adamları” kimi...
spot_img