“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycanda Superkompüter Mərkəzi qurub.

Ölkə Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən Mərkəz süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan vermək məqsədilə yaradılıb.

Əsasən innovasiya subyektləri, biznes və dövlət layihələri üçün nəzərdə tutulan Mərkəzdə “NVIDIA H200 GPU” çiplərindən istifadə edilməklə adi kompüterdən dəfələrlə güclü olan, böyük miqdarda məlumatı yüksək sürətlə emal edə bilən yüksək performanslı (Hyper Performance Computer – HPC) kompüterlər yerləşdirilib.

Superkompüter Mərkəzinin yaradılması ölkədə süni intellekt ekosisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Belə ki, yüksək performanslı Qrafik Proses Modulu (Graphics Processing Unit – GPU) çipləri üzərində qurulan Mərkəz böyükhəcmli məlumatların emalı ilə süni intellekt modellərinin sürətli işləməsini təmin edən texnoloji infrastruktur rolunu oynayacaq. Bu infrastruktur sayəsində yerli süni intellekt layihələrinin xarici resurslardan asılılıq olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olacaq. Dövlətə məxsus məlumatların emalı üçün daha təhlükəsiz mühit formalaşacaq və bu potensial Azərbaycanın regionda süni intellekt üzrə rəqabətə davamlılığını təmin edəcək.

Hazırda Superkompüter Mərkəzinin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni “GPU” çiplərinin alınması istiqamətində müvafiq işlər davam etdirilir.

“AzInTelecom” ölkənin ən böyük “bulud” xidmətləri provayderi, həmçinin “Hökumət buludu” layihəsinin icraçısıdır. Hazırda Bakı və Yevlax şəhərlərində “AzInTelecom”a məxsus “TIER III” sertifikatlı iki data mərkəzi fəaliyyət göstərir. Abşeron və Hacıqabul rayonlarında daha iki data mərkəzinin tikintisi isə davam edir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoin süni intellekt satışına baxmayaraq möhkəm qalır, Fed qərarı gözlənilir

Bitcoin 65.000 dollar ətrafında möhkəm qalır, lakin Fed-in bu həftəki faiz qərarı qiymətlərin istiqamətini müəyyən edəcək.

Uphold kripto platforması işçi qüvvəsinin 17%-ni ixtisar edir

Rəqəmsal aktiv ticarət platforması Uphold, işçi qüvvəsinin 17%-ni ixtisar edərək kripto qışına uyğunlaşır. Şirkət müəssisə biznesinə yönəlir.

Amazon yeni peyk şəbəkəsi ilə mobil telefonlara bağlantı təmin edəcək

Amazon, mobil telefonlara birbaşa peyk bağlantısı təmin etmək üçün yeni şəbəkə qurmağa hazırlaşır. SpaceX-in Starlink sisteminə rəqib olan bu layihə e-ticarət və rabitə sahəsində inqilab yarada bilər.

Lido 16.5 milyard dollarlıq staked etheri daşımağa başlayır, validator sayını üçdə bir azaldacaq

Likvid staking protokolu Lido, 8 milyon ETH konsolidasiyası ilə validator sayını üçdə bir azaldır. Bu, Ethereum şəbəkəsinin səmərəliliyini artıracaq.

Anthropic yeni modeli Opus 5-i təqdim etdi: Fable 5-ə yaxın performans yarı qiymətə

Anthropic-in yeni süni intellekt modeli Opus 5, Fable 5-in performansına yaxınlaşır, lakin xərcləri yarıya endirir. Bu, sektor üçün böyük dəyişiklik vəd edir.
spot_img