Partzona Çindən Avtomobil ehtiyat hissələrinin onlayn sifariş platforması

Avtomobil ehtiyat hissələrinin Çindən tədarükü sahəsində yeni onlayn platforma – Partzona fəaliyyətə başlayıb. Bir il əvvəl Alibaba Group daxil olan bir neçə şirkətlə başlayan danışıqlar uğurla yekunlaşıb və bu gündən etibarən Partzona Alibaba Group-un rəsmi tərəfdaşı kimi çalışır.

Platforma ənənəvi elektron ticarət modellərindən fərqlənir. Partzona, təcrübəli bazar iştirakçılarının bilik və təcrübəsini gənc, innovativ yanaşmalarla birləşdirərək istifadəçilərə tamamilə yeni bir təcrübə təqdim edir.

Əsas üstünlüklər

  • Gömrük və limit problemləri yoxdur. Platforma “Smart customs” sistemindən, eləcə də hər hansı idxal limiti və gömrük çətinliklərindən tamamilə azaddır.
  • Sadə çatdırılma prosesi. Sifarişi vermək kifayətdir – mal EXPARGO LTD məntəqəsindən təhvil alınır.
  • İnnovativ axtarış imkanları. İstifadəçilər həm şəkil üzrə axtarışdan, həm də avtomobilin markası və ya modeli əsasında istənilən ehtiyat hissəsini tapa bilərlər.

Şirkət rəhbərliyinin mövqeyi

Platformanın təsisçisi Murad Seyidov Linkedin hesabında bu fikirləri bildirib:

“Partzona adını gələcəkdə dünya brendi kimi daha çox eşidəcəyinizə inanıram. Biz sadə, sürətli və problemsiz bir xidmət təqdim edirik. Artıq nə gömrük dərdi, nə limit, nə də vaxt itkisi – yalnız bir neçə kliklə sifarişinizi təhvil alırsınız.”

Partzona yaxın gələcəkdə brendi daha da tanıdaraq beynəlxalq bazarda mövqeyini gücləndirməyi hədəfləyir.

spot_imgspot_img

Oxşar xəbərlər

Google Play istifadəçilərə fərdi süni intellekt tətbiqləri yaratmağa imkan verir

Google Play yeni xüsusiyyət təqdim edib: istifadəçilər süni intellekt vasitəsilə yalnız özləri üçün fərdi Android tətbiqləri yarada bilər.

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək. Qanun layihəsi artıq parlamentə təqdim olunub.

Laplace Intelligence robotları və avtonom avtomobilləri real dünyaya çıxmadan sınaqdan keçirir

Laplace Intelligence süni intellekt agentləri və simulyasiya vasitəsilə robotları və avtonom avtomobilləri real şəraitə buraxılmadan əvvəl stress-testdən keçirir.

BVF: süni intellekt səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Beynəlxalq Valyuta Fondu süni intellekt şirkətlərinin səhmlərindəki kəskin düşüşün dünya maliyyə bazarlarında sarsıntı yarada biləcəyini bildirib.

Getty Images müflislik yolu ilə restrukturizasiya planlaşdırır

Getty Images müflislik proseduru vasitəsilə restrukturizasiya keçirməyi və özəl mülkiyyətə keçməyi planlaşdırır.
spot_img