“Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib”

Şahin Bağırov: “Temu” qarşısında biz məsələ qoyduq ki, siz məlumatları əvvəlcədən verin, biz sistemə daxil edəcəyik. “Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib. Hazırda platforma tərəfindən əvvəlcədən məlumatların təqdim olunması təmin edilir və risklərin idarə olunması sistemi vasitəsilə proseslər tənzimlənir”.

Son dövrlərdə “Temu” platforması vasitəsilə Azərbaycana daxil olan bağlamaların həcmi kəskin artıb, platforma ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Şahin Bağırov qeyd edib ki, bir anda təxminən 400 tona yaxın yük hava limanına daxil olub və bu, əvvəlcədən elektron məlumatların təqdim edilməməsi səbəbindən gömrük orqanları üçün əlavə çətinliklər yaradıb:

“Daxil olan bağlamaların kimə məxsus olduğunu müəyyənləşdirmək və riskləri qiymətləndirmək üçün bütün yüklər gömrük tərəfindən öz resursları hesabına yoxlanılıb. Elektron məlumatlar verilmədən, bildirişlər olmadan birdən-birə külli miqdarda yüklər gətirildi. Biz məcbur olduq ki, onları öz resurslarımızla hesablayaq və kimə məxsus olduğunu müəyyən edək. Çünki elektron ticarət adı altında təkcə istehlak malları deyil, riskli məhsullar da daxil ola bilər. Dərmanlar, psixotrop maddələr və digər qadağan olunmuş məhsulların da daxil olma ehtimalı var. Buna görə gömrüyün əsas öhdəliyi təhlükəsizlik və nəzarəti təmin etməkdir. Sonradan məsələ operativ şəkildə tənzimləndi. “Temu” qarşısında biz məsələ qoyduq ki, siz məlumatları əvvəlcədən verin, biz sistemə daxil edəcəyik. “Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib. Hazırda platforma tərəfindən əvvəlcədən məlumatların təqdim olunması təmin edilir və risklərin idarə olunması sistemi vasitəsilə proseslər tənzimlənir”.

spot_imgspot_img

Oxşar xəbərlər

DeepSeek ikinci maliyyələşdirmə raundunu müvəqqəti dayandırdı

DeepSeek, təsisçisinin şərhləri səbəbindən ikinci maliyyələşdirmə raundunu dayandırıb. Bu qərar Çin süni intellekt sektorunda müzakirələrə səbəb olub.

Upstart ABŞ-da bank qurmaq üçün ilkin razılıq aldı

Upstart, ABŞ Milli Bank İdarəsindən ilkin razılıq alaraq öz bankını qurmağa hazırlaşır. Bu, fintech sektorunda mühüm hadisədir.

Rəqəmsal ödənişlər 2030: infrastruktur yox, intellekt həlledici olacaq

Rəqəmsal ödənişlərin gələcəyi infrastruktur deyil, intellekt tərəfindən müəyyən olunacaq. Süni intellekt əsaslı həllər ön planda olacaq.

Revolut’ın mürəkkəb böyümə strategiyası

Revolut'ın mürəkkəb böyümə strategiyası, məlumat əsaslı qərarlar və coğrafi genişlənmə ilə fintech sektoruna yön verir.

Rusiyada xarici elektronika sifarişləri 2026-cı ilin birinci yarısında 28% artdı

2026-cı ilin ilk altı ayında Rusiyada xarici elektronika sifarişləri 28% artıb, bu e-ticarət bazarının canlanmasını göstərir.
spot_img