Azərbaycan ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə süni intellekt və rəqəmsal transformasiya sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan ABŞ-ın aparıcı texnologiya şirkətləri ilə süni intellekt, rəqəmsal idarəetmə və innovativ texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Müzakirələr nazirin ABŞ-yə səfəri çərçivəsində “Advanced Micro Devices” (AMD), “Meta”, “OpenAI”, “Nvidia” və “Apple” şirkətlərinin yüksək səviyyəli nümayəndələri ilə keçirilən görüşlərdə aparılıb.

Görüşlər zamanı Azərbaycanın süni intellekt sahəsində potensialının artırılması, suveren milli süni intellekt infrastrukturunun qurulması, yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası və ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi perspektivləri müzakirə olunub.

AMD ilə süni intellekt mərkəzlərinin yaradılması, birgə tədqiqat və təhsil təşəbbüsləri, uzunmüddətli strateji əməkdaşlıq və investisiya imkanları nəzərdən keçirilib. “Meta” ilə rəqəmsal idarəetmə, innovativ həllərin tətbiqi və regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

“OpenAI” ilə suveren süni intellekt infrastrukturunun formalaşdırılması, lokal tələblərə uyğun süni zəka həlləri, birgə innovasiya və tədqiqat təşəbbüsləri, eləcə də kadr hazırlığı məsələləri müzakirə edilib. “Nvidia” ilə isə suveren milli süni intellekt platformalarının qurulması, startapların inkişafı, süni intellekt üzrə insan kapitalının gücləndirilməsi və şirkətin texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər nəzərdən keçirilib.

Bununla yanaşı, “Apple” şirkəti ilə rəqəmsal transformasiya, innovasiya, təhsil və inkişaf proqramları, o cümlədən “Apple Developer Academy” kimi təşəbbüslər çərçivəsində Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Nazir Rəşad Nəbiyev qeyd edib ki, bu görüşlər Azərbaycanın qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirmək, süni intellekt və rəqəmsal innovasiyalar sahəsində dayanıqlı və suveren inkişaf modelini formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

spot_imgspot_img

Oxşar xəbərlər

Shinhan və SBI yapon yen stablecoinini turizm xərclərində sınaqdan keçirəcək

Shinhan bankı və SBI qrupu yapon yeni əsaslı stablecoin-i turizm ödənişlərində sınaqdan keçirəcək, məqsəd sərhədyanı hesablaşmaları sürətləndirməkdir.

PancakeSwap TVL 380 milyon dolları keçdi, komissiya islahatı səsverməyə çıxarılır

PancakeSwap-ın TVL göstəricisi 380 milyon dolları keçib, komissiya bölgüsünü dəyişən islahat isə səsverməyə çıxarılır.

Tərtərdə xurma yığımı başladı, məhsul xarici bazarlara çıxarılır

Tərtər rayonunda xurma yığımına başlanılıb, məhsul yerli bazarlarla yanaşı Rusiya bazarına da göndərilir.

Blackstone süni intellekt infrastrukturuna investisiya borcu ilə bağlı qorxuları əsassız sayır

Blackstone rəsmisi süni intellekt infrastrukturunun borcla maliyyələşdirilməsi ilə bağlı bazar narahatlığını əsassız sayır.

OCC stablecoin qaydalarını yekunlaşdırdı: GENIUS Aktı yanvarda qüvvəyə minir

OCC GENIUS Aktı çərçivəsində stablecoin qaydalarını yekunlaşdırıb. Yeni çərçivə emitentlər və saklama xidmətləri üçün yanvarda qüvvəyə minir.
spot_img