BirBankdan yeni kart – Faizsiz və komissiyasız yeni dövr başlayır

Ölkənin ilk rəqəmsal bankı Birbank maliyyə bazarına hərəkət gətirəcək yeni Birbank Star kartını təqdim edir.

“Birbank Star ilə sənə olar” sloqanı ilə istifadəyə verilən kart, kredit kartlarının sahib olduğu ənənəvi şərtlərdən tamamilə uzaqdır. Belə ki, Birbank Star sahibinə maliyyə azadlığı ilə yanaşı, çətin və qarışıq qrafiklər, mürəkkəb kredit hesablamalarından uzaq olmağı vəd edir.

Bu kartı xüsusi edən isə faizsiz və komissiyasız ödəniş imkanlarına sahib olmasıdır. Belə ki, bütün banklara məxsus bankomatlardan nağdlaşdırma, onlayn ödənişlər, pul köçürmələri, tranferlər də daxil olmaqla heç bir əməliyyata komissiya və faiz tətbiq edilmir. Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə bilərsiniz. Eyni zamanda kart istifadəçiləri 7500-dən çox partnyor brenddən alış-veriş zamanı 30%-dək keşbek, üstəlik 2 qat ƏDV qazanacaqlar.

Ödəniş şərti isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Ödəniş vaxtında edilmədiyi halda hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir. 

Kartı ən yaxın Kapital Bank filialından, Birbank mobil tətbiqindən və onlayn formada kapitalbank.azbirbank.az vebsaytlarından müraciət edərək əldə etmək mümkündür. Onu da qeyd edək ki, bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Fiziki olaraq sifariş edilən kart haqqında məlumatlar dərhal müştərinin  Birbank mobil tətbiqində əks olunur. Müştəri kartı əldə etdikdən sonra isə aktivləşir. Kart yalnız rəqəmsal versiyada sifariş edilərsə dərhal mobil tətbiqdə görünür və istifadəsi həmin andan etibarən mümkün olur. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur.

Birbank Star kartı haqqında ətraflı məlumat üçün link: https://b-b.az/bs

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

spot_imgspot_img

Oxşar xəbərlər

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə...

ABŞ Poçt Xidməti Çin Dövlət Poçt Operatorlarından Bəzi Bağlamaların Qəbulunu Dayandırdı

"Növbəti bildirişədək" məhdudiyyət qüvvədədir. ABŞ Poçt Xidməti (USPS) bəyan edib...

“Google” süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə bağlı prinsiplərini yeniləyib

“Google” şirkəti süni intellektin silah istehsalında istifadəsinə qadağa ilə...

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən...
spot_img