Kiçik və orta biznesin maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edir. 

– Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;

– Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;

– Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;

– Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;

– Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;

– Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;

– Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15.12.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır; 

– Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 (iyirmi min) manat həcmində nəzərdə tutulur. 

Layihə sənədlərinin qəbulu: 24 sentyabr 2024-cü il, saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır). 

Müsabiqənin keçirilmə vaxtı: 25 oktyabr 2024-cü il – 25 noyabr 2024-cü il.  

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 24 sentyabr 2024-cü il saat 09:00-dan – 23 oktyabr 2024-cü il saat 18:00-dək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, “Bakı KOB evi”) müraciət edə bilərlər:

Ərizə forması;

Müsabiqəyə təqdim olunan layihə;

Layihənin büdcəsinin maliyyə əsaslandırılması;

KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; 

Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

(Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant)

Müsabiqənin nəticələri barədə məlumat 25 noyabr 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi.

spot_imgspot_img

Oxşar xəbərlər

Boliviya dollar qıtlığında usdt-ni ödəniş valyutası kimi tanımağı nəzərdən keçirir

Boliviya xarici valyuta qıtlığı şəraitində USDT stabilliyini ödəniş valyutası kimi tanımaq üçün çərçivə hazırlayır. Bu, e-ticarət üçün yeni imkanlar yarada bilər.

Hyundai ABŞ-Meksika arasında usdt ilə xəzinə ödəniş pilotunu tamamladı

Hyundai ABŞ və Meksika filialları arasında USDT stabilliyi ilə xəzinə ödəniş pilotunu başa çatdırdı. Pilot transsərhəd ticarətdə səmərəliliyi artırır.

Mizuho circle bank təsdiqinin usdc artımını həll etmədiyini bildirdi

Mizuho Circle-ın OCC təsdiqinə baxmayaraq, USDC-nin yavaşlayan artımı və artan rəqabət səbəbindən neytral reytinqini qoruyur.

Trump senatorun ölümündən istifadə edərək kripto qanun layihəsini itələyir

Senatdakı çoxluq dəyişikliyi səbəbindən Trump Clarity Act kripto qanun layihəsini itələmək üçün strategiya dəyişir. Bu, fintex sektoruna təsir edəcək.

Böyük Britaniya tokenləşdirmə planında Ripple-dan yaxınlaşma modeli kimi istifadə edir

Böyük Britaniya Xəzinədarlığının hesabatı tokenləşdirmə üçün Ripple yaxınlaşma modelini nümunə göstərir. İki il ərzində repo, istiqraz və fondların blokçeyn üzərində yerləşdirilməsi hədəflənir.
spot_img