“Azərpoçt” rəhbəri universal poçt xidmətlərində tariflər məsələsinə aydınlıq gətirib

Qanunvericiliyə edilən son dəyişikliklərlə əlaqədar “Azərpoçt”un universal poçt xidmətləri üzrə tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunur.

Bunu bu gün keçirilən brifinqdə “Azərpoçt”un sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.

İ.Mustafayev bildirib ki, bu sahə üzrə tariflərin dəyişdirilməsi ilə bağlı konkret təkliflər yoxdur:

“Tariflərə sonuncu dəfə 2022-ci ildə düzəlişlər edilib. Tariflərə təsir göstərən faktorlar var. “Azərpoçt”un xərclərinin 60%-i əmək haqqı xərclərinin payına düşür. Dövlət tərəfindən minimum əmək haqqlarının qaldırılması, benzin qiymətlərinin artımı birbaşa poçt daşımaları xərclərinə təsir göstərən əsas amillərdəndir. Bu qiymətlərin qalxması maya dəyərinin də artmasına səbəb olur. Prinsip etibarilə hazırda 2025-ci il üçün universal poçt xidmətləri üzrə tariflərin dəyişdirilməsi ilə əlaqədar indiki halda konkret təkliflər yoxdur. Cari il ərzində təhlillər aparılacaq, əgər təhlillər göstərsə ki, maya dəyərinin kəskin artması bu istiqamət üzrə zərərimizin böyüməsinə səbəb olur, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşısında bu məsələ qaldırılacaq. Ancaq yekun qərarın verilməsi Nazirliyin Kollegiyasının səlahiyyətləri çərçivəsindədir”.

“2022-ci ildə tarif dəyişikliyi ediləndə qiymətlər maya dəyəri ilə eyni səviyyədə idi. Amma ötən il də, bu ilin yanvar ayında da minimum əmək haqqının artımı baş verdi. Bundan əlavə benzin haqları və kommunal ödənişlərdə də müəyyən dəyişmələr baş verdi. Bu dəyişmələr maya dəyərinin də müəyyən dərəcədə dəyişilməsinə şərait yaradıb. Ancaq indiki vəziyyəti götürsək, “Azərpoçt” Nazirlik qarşısında bu barədə hansısa təkliflə çıxış etməyib. Aparılmış təhlillər, araşdırmalar nəticəsində Nazirlik qarşısında müvafiq məsələnin qaldırılması mümkündür”, – deyə İ.Mustafayev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda sonuncu dəfə universal poçt xidmətləri üzrə tariflər 2022-ci ildə yenilənib. Buna səbəb kimi Azərpoçt” tərəfindən göstərilən universal poçt xidmətləri üçün tətbiq olunan tariflərin maya dəyərindən çox aşağı olması göstərilirdi.

© APA

spot_imgspot_img

Oxşar xəbərlər

ABB mobile-da gənclərə özəl yeni loyallıq proqramı– FaydaMania!

ABB Mobile gənclər üçün yeni qazandıran bir loyallıq proqramını...

Azərbaycanda “Gətirdim” çatdırılma xidməti işə düşür

Azərbaycanda "Gətirdim" çatdırılma xidməti istifadəyə verilir.  "Gətirdim" xidməti supermarketlər üçün...

“Azərpoçt” ötən il 124 minə yaxın ödəniş kartı buraxıb

2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərpoçt”...

Turan United Payment-in Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən ilk rəqəmsal pul kisəsi oldu

Türkiyənin ən böyük maliyyə tətbiqlərindən biri olan Turan, Azərbaycanda,...

“Kontakt home” bank xidmətləri göstərəcək

"Kontakt App" – Gələcəyin Bank Xidməti: Rahat, Sürətli və...
spot_img