Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt təhlükəsizliyinə dair tələblərin formalaşdırılması üzərində iş aparır.

“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən “İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi” adlı tədbirdə bildirib.

O qeyd edib ki, süni intellektin yarada biləcəyi risklərin nəzərə alınması və oradan irəli gələn təhdidlər barədə məlumatlar da “Təhdidlər və Həllər Kataloqu”na yerləşdiriləcək: “Bu təhdidlər əsasında da risklərin formalaşdırılması istiqamətində qurumlara metodiki köməkliklər göstəriləcək”.

N.Novruzovun sözlərinə görə, qurumların həyata keçirməli olan mühüm işlərdən biri ilk növbədə aktivlərin uçotunun aparılması olmalıdır: “Aktivlərin nə olduğunu bilmədən risk reyestrinin formalaşdırılması, yəni riskin nəyə, hansı aktivə istiqamətləndiyini bilmək mümkün deyil. Ona görə qaydalarda qeyd edilən 6 istiqamət üzrə aktivlər müəyyən olunaraq informasiya təhlükəsizliyi riskləri reyestrinə daxil edilməlidir. Ondan sonra isə təhdidlər, uyğunsuzluqlar, fəsadlar müəyyən olunmalı və insidentlərin qeydiyyatı aparılmalıdır”.

İdarə rəisi risklərin reyestrinin aparılmasının, idarə olunmasının və qiymətləndirilməsinin mütəmadi olaraq həyata keçirlməli olduğunu vurğulayıb: “Əgər risklər ciddi deyilsə, onlara 6 aydan bir yenidən baxılır. Yox əgər ciddi risklərimiz varsa, o zaman 3 aydan bir yenidən baxılır. Bu, risklə bağlı hər hansısa bir fəaliyyətin olub olmadığını, risklərin azalıb-azalmadığını müəyyən etməyi təmin edir”.

spot_imgspot_img

Oxşar xəbərlər

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...

Azərbaycanda rəqəmsal layihələrin maliyyələşdirilməsinə veto mexanizmi tətbiq olunacaq

Azərbaycanda bu ilin sonuna kimi dövlət orqanlarının (qurumlarının) rəqəmsal...
spot_img