Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub

Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.

Bu məlumatı “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiq ediblər. Bununla da nazirin müşavirlərinin sayı 8-ə çatıb.

F. Osmanov bu təyinata qədər 2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

F. Osmanov həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.

O, 2005-ci ildən AMB-nin İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.

2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

spot_imgspot_img

Oxşar xəbərlər

OpenAI yeni GPT-6 modelini bütün istifadəçilər üçün açdı

OpenAI yeni GPT-6 modelini bütün istifadəçilər üçün əlçatan edib. Model cavab verərkən düşünməyə davam edə bilir.

Anthropic istifadə siyasətini dəyişdi: model sui-istifadəsi və seçki müdaxiləsi qadağan edildi

Anthropic Claude modeli üçün yeni istifadə siyasəti elan edib: model sui-istifadəsi, seçki müdaxiləsi və aldadıcı kampaniyalar qadağan olunur.

Sui şəbəkəsi bitcoin kreditləşməsi üçün Hashi protokolunu təqdim edir

Sui blokçeyn şəbəkəsi institusional bitcoin kreditləşməsi üçün Hashi protokolunu təqdim edib. Layihə 500 milyon dollarlıq öhdəliklə başlayır.

OpenAI hesabatı texnologiya sektorunda dalğalanma yaradıb

OpenAI-nin gəlir gözləntilərini doğrultmayan hesabatı texnologiya sektorunda dalğalanmaya səbəb olub, AI səhmləri kəskin ucuzlaşıb.

Azərbaycanın strateji valyuta ehtiyatları $89,4 milyarda çatıb

Azərbaycanın strateji valyuta ehtiyatları sentyabrın 30-na 89,4 milyard dollara çatıb. Bu, müqayisə bazasına görə 9,7% artım deməkdir.
spot_img