Azərbaycan startapı Reluxe Gürcüstan bazarına daxil olur

Azərbaycan startapı Reluxe Gürcüstan bazarına daxil olur. Bu barədə startapdan Tech.az Mediaya məlumat verilib. 

Verilən məlumata görə Reluxe startapı bu ilin aprel ayından etibarən Gürcüstanda fəaliyyətə başlayacaq. İstifadəçilərinə lüks geyimləri ən uyğun qiymətlərlə almağa, satmağa və icarəyə verməyə imkan verən startap aprel ayında etibarən Gürcüstanın paytaxtı Tbilisidə xidmətə başlayacaq. Bu məqsədlə artıq Gürcüstandan olan istifadəçilər üçün platformada “erkən qeydiyyat” (Early Access) bölməsi yaradılıb.

Azərbaycanda 2 ildən qısa müddətdə artıq 10 mindən çox istifadəçisi olan Reluxe platformasına qonşu ölkələrdən də böyük maraq olduğunu nəzərə alan təsisçilərimiz, məhsulu ilk olaraq Gürcüstan daha sonra isə Türkiyə və Avropa bazarlarına çıxarmağı planlaşdırır.

Daha öncə Reluxe AGA Group və Lotfi Zadeh Technology Center-dən 102 min manat investisiya almışdı.

spot_imgspot_img

Oxşar xəbərlər

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...

“PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” bank sektorunda...

iyzico ilə Paynet-in birləşməsi tamamlanıb

iyzico-nun Paynet-i satın almasından sonra iki şirkətin birləşmə prosesi...
spot_img