Bütün qurumlar üçün “SİMA Token”i onlayn sifariş etmək imkanı yaradılıb

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC artıq hüquqi şəxslər və dövlət qurumları üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanı yaradıb.

Təxminən bir il əvvəl vətəndaşlar və sahibkarlar üçün təqdim edilən bu xidmətin imkanları genişləndirilib və indi bütün istifadəçilər www.sima.az saytı üzərindən “SİMA Token” elektron imzasını istənilən vaxt sifariş edə bilərlər. Bunun üçün dövlət qurumları və hüquqi şəxslər SİMA kabinetinə daxil olaraq “İşçilər” bölməsində rəsmi əməkdaşlarını görə və onların “SİMA İmza” və “SİMA Token” üzrə imzalama səlahiyyətlərini idarə edə bilirlər.

Əvvəlcə “Sifariş məlumatları” səhifəsində əməkdaş haqqında zəruri məlumatlar daxil edilir və məlumatlar tamamlandıqdan sonra müqavilə “SİMA İmza” ilə imzalanır. Ödəniş həyata keçirildikdən sonra “SİMA Token” sifarişinin icrasına başlanılır və istifadəçi “Ümumi sifarişlər” səhifəsində sifarişin statusunu mərhələlər üzrə izləyə bilir.

Hüquqi şəxslər üçün 3 illik “Token” imzasının məbləği 72 AZN, dövlət qurumları üçün isə 58 AZN təşkil edir.

Qeyd edək ki, “Sima Token” beynəlxalq standartlara uyğun, virtual məkanda şəxsiyyəti təsdiqləyən və qanunvericiliyə əsasən əl imzası ilə eyni hüquqi qüvvəyə malik gücləndirilmiş elektron imzadır. “SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkarolunmazlıq prinsiplərinə əsaslanır. Bu imzadan elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka müraciətlərində, elektron məhkəmə sistemində, mobil notariatda, ƏMAS platformasında və bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.

spot_imgspot_img

Oxşar xəbərlər

Cardano Fondu Aİ-ni MiCA qaydalarını DeFi və staking-ə genişləndirməməyə çağırır

Cardano Fondu Avropa İttifaqına MiCA qaydalarının DeFi və staking-ə şamil edilməməsi çağırışı edib.

Blacksmith süni intellekt kod platforması ilə unicorn dəyərinə çatdı: Sequoia 66 milyon dollar yatırdı

Süni intellekt əsaslı kod platforması Blacksmith 66 milyon dollarlıq C raundundan sonra 1 milyard dollar dəyərə çatıb.

Bitcoin Asiya texnologiya səhmləri ilə yüksəldi: zcash yeniləmə tarixini açıqladı

Bitcoin Asiya texnologiya səhmlərinin bərpası ilə bir həftəlik ən yüksək səviyyəsinə qalxıb, zcash isə yeniləmə tarixindən sonra artımını davam etdirir.

Şeremetyevo «Biblio-Globus» tur operatorunu satmaq üçün danışıqlara başladı

Rusiyanın böyük tur operatorlarından «Biblio-Globus» satılır. Alıcı Wildberries ekosisteminə yaxın bir şirkət ola bilər.

PHP-də qədim təhlükəsizlik boşluqları aşkarlandı: OpenAI və Wiz interneti hərəkətə gətirdi

PHP-də qədim təhlükəsizlik boşluqları aşkarlandı. OpenAI və Google-un Wiz komandası süni intellektlə tapdığı boşluqlar minlərlə saytı riskə atırdı.
spot_img