Apple, X və Airbnb stabilkoinlərin inteqrasiyasını maliyyə tərəfdaşları ilə müzakirə edir – Fortune

Fortune verdiyi məlumata görə, bu texnologiya nəhəngləri “tranzaksiya xərclərini azaltmaq” və “sərhədlərarası ödənişləri optimallaşdırmaq” məqsədilə stabilkoinlərdən istifadə imkanlarını araşdırırlar.

X (əvvəlki Twitter) özünün X Money adlı ödəniş xidmətinə stabilkoin dəstəyini əlavə etmək istəyir və bu məqsədlə Stripe fintech şirkəti ilə danışıqlar aparıb. Stripe bu məlumatları şərh etməkdən imtina edib. Apple isə oxşar imkanları USDC stabilkoininin emitenti olan Circle ilə müzakirə edib. Circle isə jurnalistlərin sorğusuna cavab verməyib.

Fortune-un yazdığına görə, Airbnb də Worldpay ilə danışıb — məqsəd Visa və Mastercard kimi ödəniş sistemlərinin komissiyalarından yayınmaq üçün bron ödənişlərini kriptovalyutada qəbul etməkdir. Airbnb bu planları təkzib etməyib, lakin qeyd edib ki, kriptovalyutaların yaxın vaxtda istifadəyə verilməsi planlaşdırılmır.

Google-un bulud texnologiyaları bölməsi isə bildirib ki, artıq iki müştəridən PYUSD stabilkoinində ödəniş qəbul edib. PYUSD — PayPal və Paxos tərəfindən təqdim edilən stabilkoinlərdir.

Kriptobazarında adını açıqlamayan bir top-menecerin sözlərinə görə, texnologiya şirkətləri üçün əsas problemlərdən biri — hansı tokenləri dəstəkləmək barədə qərar verməkdir.

  • USDT-nin emitenti olan Tether tənzimləmə tələblərinə əməl olunması baxımından narahatlıq doğurur.
  • Circle isə birjada yeni listləndiyi üçün sahiblik və hüquqi sabitliklə bağlı qeyri-müəyyənlik yaşayır.
  • Digər stabilkoinlərə, məsələn, PYUSD-yə maraq isə hələlik aşağıdır.
spot_imgspot_img

Oxşar xəbərlər

“AniPay” mobil tətbiqi və anipay.az saytının fəaliyyəti dayandırılır

Mərkəzi Bank tərəfindən 4 mart 2026-cı il tarixindən etibarən...

Azərbaycanda “Süni İntellektə Hazırlıq İndeksi” hazırlanacaq

Azərbaycanda 2027-ci ilin iyun ayına kimi dövlət "Süni İntellektə...

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair üçillik Fəaliyyət Planı təsdiqlənib

Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. "Report" xəbər...

Azərbaycanda süni intellekt təhlükəsizliyinə dair tələblər formalaşdırılır

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti süni intellekt...

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

Azərbaycan Mərkəzi Bankının Rəqəmsal Valyuta Platforması tətbiq etməsi və...
spot_img