Umico-ya yeni rəhbər təyin edilib

Competo MMC-nin rəhbərliyində dəyişiklik baş verib. Belə ki, Competo MMC-nin baş direktoru İqor Bıçek 2024-cü il iyulun 1-dən etibarən tutduğu vəzifədən getmək qərarına gəlib. İqor MTBank-dakı uğurlu karyerasından sonra hazırkı vəzifəsində 2018-ci ildə PAŞA Holdinq MMC-yə qoşulub. O, Competo komandasına yarandığı gündən rəhbərlik edir və təşkilatı müxtəlif məhsul kateqoriyalarında fərqlənərək bazarda hazırkı uğur səviyyəsinə çatdırıb.

Onun təşkilat daxilində yeni vəzifədə çalışacağı məlumdur. Amma hansı vəzifədə olacağı açıqlanmayıb.

2024-cü il iyulun 1-dən Rauf Qulaməliyev birbaşa PAŞA Ekosisteminin baş direktoru Fərid Məmmədova tabe olan “Competo” MMC-nin baş direktoru vəzifəsini icra edəcək.

Rauf Qulaməliyev bu vəzifəyə özü ilə zəngin təcrübə gətirir. Korporativ Maliyyə üzrə Magistr dərəcəsini bitirdikdən sonra 2015-ci ildə PAŞA Holdinq MMC-yə qoşulub və hazırda Ekosistemin İnkişafı şöbəsinin rəhbəridir. Rauf Qulaməliyev Umico Bonus, Umico market və m10 kimi məhsulların satışa çıxarılmasında iştirak edib və mühüm rol oynayıb. O, Uklon, Trendyol və Bakikart ilə uğurlu tərəfdaşlığın arxasında duran qüvvə idi. Rauf Qulaməliyev həm də PAŞA Holdinq-in daxili olaraq hazırlanmış liderliyin inkişafı proqramı olan Leading Lights məzunlarıdır.

spot_imgspot_img

Oxşar xəbərlər

DeepSeek yeni mimari ailəsinin ilk modelini təqdim etdi: V4.1 Flash

DeepSeek yeni mimari ailəsinin ən kiçik modeli olan V4.1 Flash-ı istifadəyə verib, bu model sürətli və səmərəli işləməsi ilə diqqət çəkir.

Azərbaycan və Huawei birgə innovasiya mərkəzi yaratmağı müzakirə edib

Azərbaycan və Huawei şirkəti strateji tərəfdaşlığın gücləndirilməsi və birgə innovasiya mərkəzinin yaradılmasını müzakirə edib.

MoneyGram stablecoin dəstəkli Visa kartını təqdim etdi: rəqəmsal dollar gündəlik xərclərə girir

MoneyGram stablecoin dəstəkli Visa kartını təqdim edərək rəqəmsal dolların gündəlik xərclərə daxil olması istiqamətində mühüm addım atıb.

Polymarket ilk maliyyə direktoru təyin etdi: sabiq Amazon rəhbəri vəzifəyə gəlir

Proqnoz bazarı platforması Polymarket ilk maliyyə direktorunu təyin edib, bu addım şirkətin tənzimlənən birja qurma strategiyasının hissəsidir.

Avropa İttifaqının tokenləşdirmə pilotunda limit problemi: Nasdaq və Boerse Stuttgart dəyişiklik istəyir

Nasdaq, Boerse Stuttgart və digər maliyyə institutları Avropa İttifaqına müraciət edərək tokenləşdirmə pilotundakı limitin ləğv edilməsini və ya artırılmasını tələb ediblər.
spot_img