ELEKTRON TİCARƏTDƏ YENİLİK; Bütün taksitli kredit kartlar bir platformada

Epoint.az KOS müştəriləri üçün innovativ həllini – Bizneslər üçün Taksitli kredit kartları ilə ödəniş həllini təqdim edir. Epoint-in Azərbaycanda e-ticarət məhsullarının rəqəmsal inkişafı və təşviqi üzrə tərəfdaşı rəqəmsal ödənişlər sənayesində dünya lideri Visa şirkətidir.

Epoint Inc. elektron ticarət ilə məşğul olan biznes sahibləri üçün vahid bir platforma üzərindən, bazarda olan bütün taksitli kredit kartlarını birləşdirən satış həllini təqdim edir. Epoint platforması üzərindən, istənilən məhsulu və ya xidməti taksitli kredit kartları vasitəsi ilə aylara bölərək müştərilərə satış etmək mümkündür. Bunun üçün Epoint müştəriləri şəxsi kabinetlərində təqdim olunan kartlar üzrə kredit müddətini seçərək müştəriləri üçün anında xidməti təqdim edə bilərlər.

Bu xidmət həm saytı və mobil tətbiqi olan müştərilər üçün API inteqrasiya üzərindən, həm də heç bir resursu olmayan kiçik müştərilər üçün, Epoint-in təqdim etdiyi “Biznes Səhifə” üzərindən təqdim oluna bilər. 

Kiçik bizneslərin saytı və ya mobil tətbiqi olmadığı üçün, bunların hazırlanması və banklar ilə inteqrasiyası kifayət qədər xərc tələb etdiyinə görə, Epoint onlara sadə və tez üsul ilə bu xidmətlərin alınması üçün və satışlarını artıra biləcək bir xidməti özündə birləşdirib.

Hazırda Epoint platformasında 900-dən çox biznes müştəri var. Bu müştərilərə taksitli satış xidməti dərhal təqdim olunaraq məhsullarını kredit ilə öz müştərilərinə təqdim edərək, satlşlarını kəskin artıra biləcəklər. Həmçinin yeni müştərilərə bu xidmət bir qeydiyyat və bir müqavilə imzalamaqla təqdim olunur. Müqavilə ASAN İmza ilə imzalandığı üçün, taksitli ödənişlərin aktivasiyası 3 dəqiqə ərzində baş verir.

Hazırda ABB Bankın “Tamkart” və Kapital Bankın “Birkart” məhsulları üzrə taksitli ödənişləri qəbul etmək mümkündür. Yaxın zamanda, digər bankların kredit kartları da inteqrasiya olunaraq müştərilərə təqdim olunacaq.

Bizim təqdim etdiyimiz “Taksitli ödənişlər” həlli, yeni məhsulların və texnoloji imkanların köməyi ilə biznesin daha da rəqəmsallaşmasına və bununla da ölkənin rəqəmsal biznes mühitinin daha da böyüməsinə töhfə verəcək. Əminik ki, platformada təqdim olunan rəqəmsal məhsulların köməyi ilə, biz biznesin onlayn rejimdə aparılması prosesini sürətləndirə, müştərilərin satışlarını artıra və ölkədə nağdsız ödənişlərin artımını stimullaşdıra biləcəyik”, – Epoint startapının təsisçisi və direktoru Zeynal Kərimzadə bildirib.

Epoint Azərbaycandan 500 Global beynəlxalq akselerasiya proqramına seçilən və investisiya cəlb edən ilk Fintex şirkətidir.

spot_imgspot_img

Oxşar xəbərlər

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim etdi!

ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu —...

Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha...

“Azərpoçt” yeni veb-saytını istifadəyə verib

Bir poçt müştərisi poçt şöbəsinə yaxınlaşmadan onu maraqlandıran bir...

Azərbaycanda kriptovalyuta əməliyyatlarının həcmi 4,4 milyard dollara çatıb

Azərbaycanda kriptovalyuta istifadəçilərinin sayı 120 min nəfərə çatıb. Məlumata görə,...

Lojistika fintexi Kamyonda PARS VC-dən investisiya alıb

Kamyonda bütün bankların POS cihazlarını tək bir tətbiq vasitəsilə birləşdirərək...
spot_img