Unibank “fintech” və “startup” şirkətlər ilə inteqrasiyaları genişləndirməyi hədəfləyir

“Növbəti strateji dövrdə vizyonumuz KOB və biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmaqdır. Çünki burada inkişaf və innovasiyaların tətbiqi üçün əhəmiyyətli imkanlar mövcuddur. Bu sahəyə investisiyaları artırmağı, rəqəmsallaşma təşəbbüslərimizi davam etdirməyi planlaşdırırıq. Kredit verilməsi əsas xidmət olsa da, bizneslərin gündəlik əməliyyat və inkişaf ehtiyaclarını dəstəkləyən hərtərəfli xidmətlər qurmağa çalışırıq. Məqsədimiz yalnız maliyyə ehtiyaclarını ödəməklə kifayətlənməyən, KOB müştərilərimiz üçün loyallıq və əlavə dəyər yaradan bank mühiti formalaşdırmaqdır”.

Bunu Unibankın İdarə Heyətinin sədri Fərid Abuşov bildirib.

O qeyd edib ki, kiçik və orta biznes seqmentlərində şəffaflığın artması, rəqəmsallaşma və vergi qanunvericiliyində dəyişikliklər, bu isqitamətdə daha dərin inkişaf üçün yeni imkanlar yaradır. Bu dəyişikliklər KOB məhsul və xidmətlərimizi genişləndirməyə və çeşidləndirməyə imkan verir: Növbəti strateji dövrdə müştəri ehtiyaclarını və istəklərini dərindən təhlil etməklə, bizneslər üçün əsas problemləri müəyyənləşdirməyə və rəqəmsallaşma təşəbbüsləri ilə həll etməyə ciddi diqqət yetirməyə davam edəcəyik. Hesab edirik ki, yeni rəqəmsal həllərimiz bizneslərin maliyyə əlçatanlığını artırmaqla bərabər, ehtiyaclara birbaşa ünvanlandığı üçün uğurlarına və böyümələrinə ciddi dəstək olacaq”. 

Fərid Abuşov əlavə edib ki, növbəti dövrdə strateji baxışımıza toxunmuşkən qeyd etmək istərdim ki, biz həmçinin fiziki şəxslərin də bank məhsullarından daha rahat istifadəsinə, məsafədən xidmət kanallarının artırılmasına, xüsusilə bank xidmətlərindən kənarda qalan və ya bu xidmətlərdən az istifadə edən əhalinin üzləşdiyi çətinlikləri həll etməyə yönələn rəqəmsal kanallardakı kompleks innovativ fəaliyyətimizə sadiq qalacağıq. Növbəti illərdə müştərilərlə təmas nöqtələrini mümkün qədər rəqəmsal həllərə daşımaqla, vətəndaşların filialdan aslı olmadan bank xidmətləri almasını daha da asanlaşdıracağıq. Bu çərçivədə qanunvericilik aktlarında edilən son dəyişikliklərin verdiyi imkanlara müvafiq “fintech” və “startup” şirkətlərlə inteqrasiyaları genişləndirməklə, yeni eko-sistemlərdə daha çox vətəndaşa bank xidmətlərinə əlçatanlığı artırmağı hədəfləyirik.

2023-cü ildə bankımız rəqəmsallaşma, Sİ və müştəriyönümlü strategiyalardan istifadəylə böyük irəliləyiş əldə edərək, əhəmiyyətli maliyyə, əməliyyat və bazar uğurları qazandı. Bu il də ötən il olduğu kimi davamlı innovasiya, təkmilləşmə və bank sektorunda rəqəmsal transformasiya yolunda liderliyə sadiqik. Strateji baxışımız pərakəndə müştərilərlə yanaşı, biznesə, xüsusilə mikro və KOB-lara xidmətləri daha da yaxşılaşdırmağa fokuslanır. Müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, sürətli, səmərəli və dəyər əsaslı rəqəmsal həllərlə, biz onların bank təcrübələrini kökündən dəyişdiririk. 

Həmçinin strateji baxışımız üzrə əsas prioritetlərimizə ESİ (Ekologiya, Sosial məsələlər və Korporativ İdarəetmə) standartlarına uyğun şəkildə fəaliyyətimizi genişləndirməyi və bu istiqamətdə 3 illik strateji planımızı müəyyən etməklə müvafiq fəaliyyətimizi həyata keçirməyi daxil etmişik. Ümumilikdə qeyd edim ki, Bankımız fəaliyyətində həmişə bu istiqamətə xüsusi önəm verib, ətraf mühitin mühafizəsi, sosial dəstək və vətəndaşların aktual məsələlərdə maarifləndirməsi yönündə bir sıra layihələri müntəzəm həyata keçirib.

Növbəti dövrdə ESİ istiqamətində fəaliyyətimizin əsas istiqamətlərinə ətraf mühitin mühafizəsinə dəstək tədbirləri və layihələrində aktiv iştirak, eko-maliyyə məhsullarının biznes müştərilərinə və vətəndaşlara güzəştlə təklifi, bu istiqamətdə maarifləndirmənin daha geniş aparılması, bank xidmətlərinə çıxışı olmayan vətəndaşların əlçatanlığının artırılması, sosial iş, içtimai iştirakçılıq istiqamətində layihələrdə aktiv fəaliyyətin qurulması üzrə addımlar daxildir. Hazırda Bankda bu çərçivədə 3 illik strateji planlama həyata keçirilir. İl ərzində və növbəti illərdə Bankımızın bu çərçivədə göstərdiyi fəaliyyət daha ətraflı şəkildə ayrıca Bankın Dayanıqlı hesabatında əks edilməklə ictimaiyyətlə bölüşüləcək.

spot_imgspot_img

Oxşar xəbərlər

BNB Chain sabiq əməkdaşının memecoin lansmanına görə hüquqi tədbir görür

BNB Chain, sabiq əməkdaşının icazəsiz memecoin buraxması ilə bağlı hüquqi prosesə başladı və bu hadisə kripto dünyasında mübahisələrə səbəb oldu.

Trump Media daha 2 628 Bitcoin satdı, ehtiyatları 4 261 BTC-yə düşdü

Trump Media Crypto.com üzərindən əlavə 2 628 Bitcoin satıb və ümumi satışı 7 281 BTC-yə çatdırıb. Ehtiyatlar 4 261 BTC-yə düşüb.

Sam Altman AI inkişaf sürətinin azaldılması çağırışını edir

OpenAI-nin baş direktoru Sam Altman süni intellektin inkişaf sürətinin azaldılmasını və daha məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb.

Fun CEO: Kripto ödənişlərin gələcəyi on-rampsız və körpüsüz olacaq

Fun CEO-yə görə, kripto ödəniş sistemlərində on-ramp və körpülər köhnəlir, yerini vahid maliyyə axınlarına buraxır.

Wildberries anbarına növbəti hücum və Guess-də rəhbərlik dəyişikliyi

Wildberries anbarına edilən yeni hücum e-ticarət logistikasını çətinləşdirir, Guess-də isə rəhbərlik dəyişir.
spot_img