GoldenPay şirkətinin 2023-cü il üzrə maliyyə göstəriciləri açıqlandı!

Azərbaycanda ilk onlayn ödəmələr şirkəti, Hesab.az portalının yaradıcısı “QoldenPey” ASC 2023-cü il üzrə maliyyə və digər göstəricilərini açıqlayıb.

GoldenPay şirkətinin idarə heyətinin sədri – Eynar Abdullayevdən aldığımız məlumata əsasən, bu il fəaliyyətinin 17-ci ilində olan şirkətin göstəricilərində əvvəlki il ilə müqayisədə xeyli artım müşahidə olunub.

Belə ki, şirkətin 2023-cü il maliyyə nəticələri əvvəlki ilnən müqayisədə ciddi artım nəzərə alınmışdır. Belə ki, 2023-cü ilin ümumi dövriyyəsi 712,963,853 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 14.2% artmışdır (2022: 624,049,576 manat).

2023-cü ildə Şirkətin gəlirləri 13,086,027 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 17.3% artmışdır (2022: 11,155,208 manat). 2023-cü ildə “QoldenPey” ASC-nin xalis mənfəəti 2,196,775 manat olmuşdur ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 2.3% artmışdır (2022: 2,147,517 manat).

2023-cü il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 8,715,260 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31.5% artmışdır (2022: 6,625,556 manat). 2023-cü il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 6,811,875 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 47.6% artmışdır (2022: 4,615,100 manat).

Bu artımı həm də Hesab.az onlayn xidmətlər platforması üzrə də müşahidə etmək mümkündür. Belə ki, platformanın 2022-ci ildə 710 min qeydiyyatlı istifadəçi sayı olduğu halda, 2023-cü ildə bu rəqəm 770 minə kimi yüksəlmişdir. Bu da platformanın qeydiyyatlı istifadəçi sayında bir il ərzində 9% artım olduğunu göstərir. Hazırda isə, platformada qeydiyyatlı istifadəçi sayı 780 mindən çoxdur.

Qeyd edilib ki, 14 Aprel tarixində yaradılışının 13-cü ilini qeyd edən Hesab.az, bu artıma funksional yenilikləri, ödəmə xidmətlərinin genişləndirilməsi, göstərdiyi xidmət keyfiyyəti ilə müştəri məmnuniyyətinin təmin edilməsi və həmçinin də həyata keçirilən müxtəlif kampaniyaları ilə nail olmuşdur. 

Şirkətdən aldığımız məlumata əsasən, 2024-cü ildə şirkətin göstəricilərinin daha da artırılması, yeni məhsul və xidmətlərin təqdim olunması və bazardakı mövqeyinin saxlanılması nəzərdə tutulur. 

spot_imgspot_img

Oxşar xəbərlər

Writer şirkəti insan müdaxiləsi olmadan işləyən süni intellekt agentlərini təqdim etdi

Writer platformasının yeni süni intellekt agentləri, heç bir əmr olmadan biznes siqnallarını tutur və karmaşık iş axınlarını icra edir.

BƏƏ-də e-ticarət sektoru 20% artım göstərdi, rəqəmsal pərakəndə satış sürətlənir

Birləşmiş Ərəb Əmirlikləri e-ticarət bazarı 2026-cı ilin ilk rübündə 20% böyüdü. Rəqəmsal pərakəndə trendləri Azərbaycan üçün də nümunə ola bilər.

Gemini törəmə alətlər lisenziyası aldı, kripto proqnoz bazarına girməyə hazırlaşır

Winklevoss qardaşlarının rəhbərlik etdiyi Gemini, törəmə alətlər lisenziyası ilə kripto proqnoz bazarına rəsmən qədəm qoyur.

IMF: Azərbaycanın strateji valyuta ehtiyatları 94 milyard dollara çatacaq

BVF Azərbaycanın strateji valyuta ehtiyatlarının yaxın 5 ildə necə artacağını göstərən yeni hesabat yayımlayıb.

Netomi süni intellekt əsaslı müştəri xidməti üçün 110 milyon dollar yatırım aldı

Netomi süni intellekt əsaslı müştəri xidməti platformasını genişləndirmək üçün 110 milyon dollar investisiya cəlb edib. Accenture Ventures-in başçılıq etdiyi turda Adobe Ventures kimi strateji investorlar iştirak edib.
spot_img