Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə gecikmələr müşahidə olunur.

Xaricdən sifariş edən vətəndaşlar bildirirlər ki, əvvəl təxminən bir həftə ərzində əldə edilən sifarişlər hazırda 20 gündən çoxdur ki, gömrükdə saxlanılır. Vətəndaşlar iddia edirlər ki, məhsullar gömrükdə yoxlanış üçün təhvil alınsa da, yoxlamalar həyata keçirilmir və əsassız yerə bağlamalar orada saxlanılır.

Vətəndaşlar onu da bildirirlər ki, bəyan üçün istifadə olunan proqramda məhsulun gömrüyü tərk etdiyi qeyd olunsa da, onlayn alış-veriş platformasında bağlamanın hələ də gömrükdə olduğu bildirilir.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...
spot_img