Epoint və United Payment arasında Memorandum imzalandı

(®) Global Innovations (Epoint) və United Payment arasında qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq barədə Memorandum imzalanıb. Bu razılaşma çərçivəsində tərəflər müştərilərə innovativ ödəniş həlləri təqdim etmək məqsədilə bir sıra sahələrdə birgə fəaliyyət göstərəcəklər.

Əməkdaşlığın əsas məqsədi rəqəmsal ödəniş infrastrukturunu daha da gücləndirmək, sahibkarlara və istifadəçilərə çevik, təhlükəsiz və çoxkanallı ödəniş xidmətlərini təqdim etməkdir.

Memorandumun əsas istiqamətləri aşağıdakılardır:

1. Nağd vəsaitlərin yığılması xidmətləri

– Nağd vəsaitlərin qəbulunu təmin edən terminalların inteqrasiyası və bu xidmətlərin son istifadəçilərə təqdim olunması

– Nağd vəsaitlərin toplanması üzrə hesablaşmaların həyata keçirilməsi

2. Ekvayrinq xidmətləri

– Bank kartları ilə ödənişlərin qəbul olunması və köçürülməsi üzrə texniki inteqrasiya və xidmətlərin təqdim olunması

– Token və biometrik ödənişlərin qəbul edilməsi və köçürülməsi

– Mobil POS həllərinin təqdim olunması

– Elektron cüzdanlar vasitəsilə ödənişlərin qəbulu və emalı

– Kredit və taksit kartları ilə hissəli ödənişlərin qəbulu

– Ekvayrinq xidmətləri üzrə hesablaşmaların aparılması

Bu strateji əməkdaşlıq həm Epoint, həm də United Payment üçün texnoloji sinerji yaradaraq, tərəfdaş şəbəkəsini genişləndirmək və son istifadəçilərə daha yüksək səviyyədə xidmət göstərmək məqsədi daşıyır.

“Biz bu əməkdaşlığı ödəniş sənayesində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndiririk. Məqsədimiz — sahibkarlara innovativ ödəniş vasitələri təqdim etmək və bazarda rəqabət üstünlüyü qazandırmaqdır.”, – deyə Global Innovations şirkətinin rəhbəri Zeynal Kərimzadə qeyd edib.

“Bu Memorandumun məqsədi, ölkəmizin maliyyə texnologiyaları sahəsindəki əməkdaşlıqların gücləndirilməsi, innovativ ödəniş alətlərinin daha geniş, dayanıqlı və təhlükəsiz istifadəsini təmin etməkdir” – deyə United Payment şirkətinin rəhbəri Edqar Abdullayev qeyd edib.

1. Ətraflı məlumat üçün:       

epoint.az     

+99470 242 99 66     

 info@epoint.az     

2. Ətraflı məlumat üçün: 

 unitedpayment.az

 +99451 201 69 26

 info@unitedpayment.az

spot_imgspot_img

Oxşar xəbərlər

TikTok yapay zeka destekli alışveriş asistanını kullanıma sundu

TikTok süni intellekt dəstəkli alışveriş asistanını və bir kliklə ödəmə funksiyasını istifadəyə verib.

Ethereum Glamsterdam testindən əvvəl son dəqiqə yeniləməsi aldı

Ethereum şəbəkəsi Glamsterdam testindən əvvəl son dəqiqə proqram yeniləməsi alıb. Test qaz limitini 200 milyona qaldırmağı hədəfləyir.

Instinct süni intellekt agentini qrup söhbətlərinə gətirir

Instinct şirkəti süni intellekt agentini qrup söhbətlərinə gətirir və istifadəçilərə dostları ilə birlikdə tapşırıqları yerinə yetirməyə imkan verir.

Analitiklər ABŞ bazarında buğa dövrünün sonunun yaxınlaşdığını proqnozlaşdırır

Analitiklər ABŞ fond bazarında buğa dövrünün gözlənildiyindən tez başa çata biləcəyini və S&P 500-ün 5000 bəndədək geriləyə biləcəyini bildirirlər.

ABŞ kripto pul köçürmələri üçün 10 min dollar hesabat qaydasını ləğv etdi

ABŞ-ın FinCEN qurumu özəl pul kisələrinə göndərilən kripto köçürmələri üçün nəzərdə tutulan 10 min dollarlıq hesabat tələbini ləğv edib.
spot_img