OpenAI ChatGPT daxilində monetizasiya imkanları olan tətbiqlər mağazasını istifadəyə verib

Tərtibatçılar burada öz xidmətlərini yerləşdirə biləcəklər.

OpenAI ChatGPT platforması daxilində monetizasiya imkanları olan tətbiqlər mağazasını işə salıb. Şirkət ChatGPT ilə inteqrasiya olunmuş bütün tətbiqlərin yer aldığı kataloq təqdim edib.

Bu kataloqa Canva, Adobe Photoshop, Uber, Spotify, Apple Music, TripAdvisor, Slack, Zoom, Microsoft Teams və Airtable kimi məşhur xidmətlər daxildir. Eyni zamanda, daha əvvəl “Konnektorlar” bölməsi vasitəsilə qoşulan Google DiskOutlook xidmətləri də artıq bu mağazada yer alır.

Tətbiqlər mağazasında yer almaq üçün OpenAI platformasında xüsusi forma doldurmaq tələb olunur. Əsas şərtlər arasında tətbiqin orijinal olmasıistifadəçi yönümlü dizayna malik olması göstərilir. Tərtibatçılar tətbiqlərini Anthropic şirkətinin Model Context Protocol-una əsaslanan SDK standartı vasitəsilə yarada bilərlər.

Mağazada yerləşdirilən tətbiqlərə abunəlik əsasında premium funksiyalar, reklamdaxili alışlar əlavə etməklə gəlir əldə etmək mümkündür.

OpenAI 2026-cı ildə monetizasiya imkanlarını daha da genişləndirməyi, o cümlədən rəqəmsal məhsulların dəstəklənməsikomissiya mexanizmlərinin tətbiqini planlaşdırır.

Qeyd edək ki, OpenAI 6 oktyabr 2025-ci ildə ChatGPT-də üçüncü tərəf xidmətlərlə inteqrasiyanı tətbiq edib. Bu xidmətləri xüsusi ikon vasitəsilə çağırmaq və çat-bota təbii dildə tapşırıqlar vermək mümkündür. Tətbiqlər bütün istifadəçilər üçün pulsuz əlçatandır və istifadəçi bu funksiyanı aktiv edərsə, ChatGPT-nin “Yaddaş” bölməsindəki məlumatlardan istifadə edə bilir.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img