“Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları” dəyişib

Nazirlər Kabineti “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 10 gün müddətində qaytarılır. Bundan başqa, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 10 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. İndiyə qədər həmin müddətlər 20 gün idi.

Bundan başqa, dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 4 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. İndiyə qədər həmin müddət 7 gün idi.

Tərtib olunmuş rəyin 2 nüsxəsi dövlət rüsumunu tutan orqanın arayışının daxil olduğu tarixdən 3 gün müddətində düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu məbləğini qaytarmalı olan müvafiq yerli maliyyə orqanına göndərilir. İndiyə qədər həmin müddət 7 gün idi.

Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanı tərəfindən təqdim olunmuş rəylərin bir nüsxəsi 1 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilir. İndiyə qədər həmin müddət 2 gün idi.

spot_imgspot_img

Oxşar xəbərlər

MiCA Avropa kripto bazarını dəyişdirdi, Polşa zərər çəkdi

MiCA tənzimləməsi Avropa kripto bazarını dəyişdirib, Polşa isə bu dəyişiklikdən zərər çəkib.

Monad itirilmiş açarlar və kvant hücumlarına davamlı cüzdan təklif edir

Monad, itirilmiş açarları bərpa etməyə imkan verən və kvant hücumlarına davamlı cüzdan təklif edir. Bu, kripto təhlükəsizliyində inqilab edə bilər.

ABŞ İranın kriptovalyuta əməliyyatlarına görə BƏƏ şirkətinə sanksiya tətbiq etdi

ABŞ, İranın kriptovalyuta əməliyyatlarına görə BƏƏ şirkətinə sanksiya tətbiq edib. Bu, kripto bazarında tənzimləmə risklərini artırır.

Ozon, MTS, Maqnit və digərləri sentyabrdan rəqəmsal rublla ödənişə keçir

Ozon, MTS və Maqnit kimi şirkətlər sentyabrdan rəqəmsal rublla ödənişə keçir. Bu, Rusiyada rəqəmsal valyutanın geniş tətbiqini göstərir.

Həyat sığortasında ödənişlər yığımları üstələyən sürətlə artır

Azərbaycanda həyat sığortası ödənişləri 32,5% artaraq yığımları üstələyir. Bu, sektorun inkişafını göstərir.
spot_img