Azercell “CyberCell Hackathon”a start verir

25 komanda iki gün ərzində kibertəhlükəsizlik və süni intellekt üzrə bacarıqlarını nümayiş etdirəcək. Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.

18–19 oktyabr 2025-ci il tarixlərində Azercell Telekom və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən “CyberCell Hackathon” keçiriləcək.

İki gün davam edəcək yarışın məqsədi gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, kibertəhlükəsizlik  biliklərini real mühitdə tətbiq etmələrinə şərait yaratmaq və komandada işləmə qabiliyyətlərini gücləndirməkdir.

Yarış zamanı iştirakçılar “Red Team” (hücum) və “Blue Team” (müdafiə) ssenariləri üzərində işləyərək kibertəhlükəsizlik zəifliklərini müəyyənləşdirəcək, hücumların aşkarlanması, cavablandırılması və qarşısının alınması üçün innovativ həllər hazırlayacaqlar. Eyni zamanda, komandalar süni intellekt alətləri vasitəsilə anomaliyaların aşkarlanması, loq analizləri və təhdidlərin proqnozlaşdırılması üzrə həllər təqdim edəcəklər.

“CyberCell Hackathon”a ümumilikdə 200-ə yaxın müraciət daxil olub.  Seçim mərhələsini uğurla keçən 25 komanda yarışda iştirak hüququ qazanıb. Komandalarda ölkənin aparıcı universitetlərinin – Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Xəzər Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələri yer alır.

Yarışda ən yüksək nəticə göstərən komandanı 4000 AZN, ikinci yerin qalibini 3000 AZN, üçüncü yerin sahibini isə 2000 AZN dəyərində pul mükafatı gözləyir.

Azercell Telekom “CyberCell Hackathon”-un bütün iştirakçılarına uğurlar arzulayır!

spot_imgspot_img

Oxşar xəbərlər

CFTC proqnoz bazarlarını kazino qumarından ayırmaq üçün təklif irəli sürdü

CFTC proqnoz bazarlarının qumar fəaliyyətindən ayrılması üçün iki tədbir təklif edib, bu isə Ali Məhkəmə mübarizəsinə səbəb ola bilər.

Moskva birjasının indeksi 2400 punktu keçdi: rus dizelinin qlobal bazarlara tədarükü razılaşması

Moskva birjasının indeksi rus dizelinin qlobal bazarlara tədarükü razılaşmasından sonra 2400 punktu keçib.

Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib

Türk Dünyası Sığorta Birliyinin Qaziantep assambleyasında yeni sədr və baş katib seçilib.

Apple iPhone 18 Pro istehsalını azaldır: süni intellekt tələbi yaddaş böhranı yaradır

Apple süni intellekt yaddaş böhranı səbəbindən iPhone 18 Pro istehsalını azaldır və komponent sifarişlərini 15 faiz azaldıb.

Rusiya dizel tədarükü razılaşması Mosbirja indeksini 2400 punktdan yuxarı qaldırdı

Rusiyanın dünya bazarlarına dizel tədarükü ilə bağlı razılaşmalar Mosbirja indeksinin 2400 punktu keçməsinə səbəb olub.
spot_img