Wildberries & Russ UzPost-un dövlət payını alır

Rusiyanın iri onlayn pərakəndə şirkəti Wildberries & Russ Özbəkistanın dövlət poçt operatoru UzPost-da dövlətə məxsus payı satın alıb. Bu barədə məlumatı RBK öz mənbələrinə istinadən yayıb.

Məlumatda bildirilir ki, sövdələşmənin məbləği açıqlanmayıb. 2025-ci il oktyabrın 12-də “Gazeta.uz” nəşri mənbələrinə istinadla xəbər vermişdi ki, poçt operatorundakı dövlət payı (dəqiq həcmi göstərilməyib) rusiyalı onlayn ticarət nəhəngi tərəfindən alınıb. Öz növbəsində, “Spot” nəşrinin mənbəsi də UzPost-un özəlləşdirildiyini təsdiqləmişdi.

RBK verdiyi məlumara əsasən , həmin payı “RVV” MMC, yəni birləşmiş Wildberries & Russ şirkəti alıb.

Mənbələrin sözlərinə görə, sövdələşmə “bir müddətdir hazırlanırdı” və Wildberries-in Özbəkistanda geniş planları var. Şirkət hadisə ilə bağlı şərh verməkdən imtina edib. RBK həmçinin UzPost-a da rəsmi sorğu göndərib.

“Gazeta.uz” qeyd edir ki, əməliyyatdan öncə UzPost-un nizamnamə kapitalı təxminən 40% artırılıb – o cümlədən 50 poçt şöbəsinin binalarının 77,3 milyard sum (təxminən 516,2 milyon rubl) dəyərində şirkətin balansına keçirilməsi hesabına.

Hazırda UzPost-un bazar kapitallaşması 285,9 milyard sum (təxminən 1,9 milyard rubl) olaraq qiymətləndirilir.

UzPost 1992-ci ildə təsis edilib, 2014-cü ildən açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir. Şirkətin 14 regional bölməsi, 1600 poçt şöbəsi, 3500-dən çox çatdırılma məntəqəsi7000-dən artıq əməkdaşı var.

spot_imgspot_img

Oxşar xəbərlər

Bitcoinin məzənnəsi 70 min dollardan aşağı düşüb

Son bir ay ərzində kriptovalyuta dəyərinin 25%-dən çoxunu itirib. Coinmarketcap-ın...

Xaricdən alış-veriş edənlərin nəzərinə: Gömrükdə dəyişiklik

İyun ayından etibarən gömrük bağlamalarının bəyan edilməsi yeni qaydalarla...

Onlayn sifariş edilən məhsullar niyə gecikir? – Dövlət Gömrük Komitəsindən açıqlama

Son günlər bir sıra onlayn alış-veriş platformalarından edilən sifarişlərdə...

Onlayn xidmət göstərən qeyri-rezidentlərin vergi uçotu məcburi olacaq

Elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin...

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...
spot_img