“Instagram” bir ayda Azərbaycandakı bazar payının 1/3-ni itirib

Bu ilin avqust ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) “Instagram”ın payı 25,49 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 12,67 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 7 faiz bəndi azdır. Nəticədə sosial şəbəkə əvvəlki aya nisbətən avqustda bazar payının 33 %-ni itirib.

İkinci pillədə qərarlaşan “Facebook”un bazar payı ay ərzində 21 faiz bəndi, il ərzində isə 19,06 faiz bəndi artaraq 43,8 % təşkil edib.

Növbəti yerdəki “Pinterest”in bazar payı iyula nisbətən 2,41 faiz bəndi, 2023-cü ilin avqust ayı ilə müqayisədə 4,3 faiz bəndi azalaraq 12,43 % enib.

Dördüncü pillədəki “YouTube”un bazar payı ay ərzində 3,1 faiz bəndi, illik isə 3,83 faiz bəndi azalaraq 8,07 %-ə düşüb.

İlk beşliyi 5,9 %-lik bazar payı ilə “X” qapayır. Sosial şəbəkənin bazar payı iyul ayına nisbətən 1,6 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 4,46 faiz bəndi artıb.

spot_imgspot_img

Oxşar xəbərlər

Architect Labs süni intellektlə tam dizayn edilən Frostbite prosessorunu təqdim etdi

Architect Labs süni intellekt tərəfindən sıfırdan dizayn edilən Frostbite prosessorunu təqdim edib, lakin məhsuldarlıq rəqəmləri hələ fiziki çip üzərində təsdiqlənməyib.

Bitcoin-in kvant təhlükəsizliyi problemi körpülərə və milyonlarla coin-ə də aiddir

Leo Fan bildirir ki, kvant kompüterlər hələ Bitcoin şəbəkəsini poza bilməsə də, şəbəkənin yenilənməsi və milyonlarla coin-in köçürülməsi gözləniləndən uzun çəkə bilər.

BVF rəhbəri: süni intellekt orta müddətli iqtisadi artımın əsas amilinə çevrilir

BVF rəhbəri Kristalina Georgiyeva süni intellektin orta müddətli iqtisadi artımın əsas amilinə çevrildiyini bəyan edib, eyni zamanda enerji və inflyasiya risklərini vurğulayıb.

Claude Code 96 KB-lıq fayla bütöv şəhəri sığdırdı

Claude Code ilə hazırlanan Atlantis layihəsi içində uçaraq gəzmək mümkün olan şəhəri 96 KB-lıq tək HTML faylına sığdırır.

ChatGPT Space Plus abunəçilərinə açılır: süni intellektlə səhifə hazırlamaq

OpenAI süni intellektlə səhifə və təqdimat hazırlamağa imkan verən ChatGPT Space funksiyasını Plus abunəçilərinə açır.
spot_img