eCom X çərçivəsində ilk canlı görüş baş tutub

23 fevral 2025-ci il tarixində eCom X e-ticarət təlim və inkubasiya proqramı çərçivəsində ilk canlı görüş Alas Academy-də baş tutub. Tədbirdə 30 nəfər iştirakçı yer alıb. Görüş zamanı e-ticarət sahəsində praktiki təcrübələr, bazar imkanları və uğur hekayələri bölüşülüb, eləcə də təqdimatlar və sual-cavab sessiyaları keçirilib. Daha sonra iştirakçılar arasında şəbəkələşmə (networking) sessiyası təşkil olunub.

eCom X – Azərbaycanın ən genişmiqyaslı e-ticarət təlim və inkubasiya proqramıdır. Bakı, Gəncə, Sumqayıt və Lənkəranda e-ticarət sahəsinə maraq göstərən şəxslər üçün təşkil edilən bu proqram artıq 650-dən çox müraciət alıb və 200-dən çox iştirakçı aktiv şəkildə təlimlərə qoşulub. Proqramın əsas məqsədi yerli sahibkarların və gənc startapçıların e-ticarət sahəsində bilik və bacarıqlarını artırmaq, onları qlobal bazara hazırlamaqdır.

🚀 Növbəti canlı görüş 2 mart 2025-ci ildə Sumqayıt şəhərində keçiriləcək!

Sumqayıt Innovation Hub-da baş tutacaq bu görüşdə Sumqayıt və ətraf şəhərlərdən olan proqram iştirakçıları ilə bir araya gələcəyik. Görüş zamanı e-ticarət üzrə praktiki biliklər paylaşılacaq, təqdimatlar və sual-cavab sessiyaları təşkil olunacaq.

Proqram haqqında ətraflı məlumat:
🌐 www.ecomx.az

Sumqayıt görüşü üçün qeydiyyat formu:
🌐 https://forms.gle/WYjMcGDxLsMkZb3Y6

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img