Kriptovalyuta bazarında çöküş: Trump-ın Kanada, Çin və Meksikaya qarşı tariflər tətbiq etməsi Bitcoin-in 6,5% ucuzlaşmasına səbəb oldu, digər aktivlər isə 20%-ə qədər dəyər itirdi

Ekspertlər bildirir ki, bu tendensiya fond bazarına da təsir göstərə bilər.

🔻 Bitcoin bu gün 08:24 6,5% azalaraq $93,000-a düşüb. Gedişatda $92,000 səviyyəsinə qədər eniş qeydə alınıb. Ethereum (ETH) isə 20% itirərək $2475-ə, bəzi anlarda isə $2326-ya qədər düşüb.

🔹 Digər kriptovalyutalar da ciddi dəyər itirib:
• XRP – 22,7% ucuzlaşaraq $2.24-a enib
• Solana (SOL) – 7,2% düşərək $195.5 səviyyəsinə çatıb
• BNB – 14,77% dəyər itirərək $558-a düşüb
• Dogecoin (DOGE) – 23,65% enərək $0.2-ə qədər geriləyib
• Trump tokeni – 15,7% ucuzlaşaraq $17.67-ə düşüb

💥 Çöküşün əsas səbəbi: ABŞ Prezidenti Donald Trump-ın Çin, Kanada və Meksikadan idxal edilən mallara yeni gömrük tarifləri tətbiq etməsi. İnvestorlar, bu qərarın ABŞ iqtisadi artımına və şirkətlərin gəlirlərinə mənfi təsir göstərəcəyindən narahatdırlar. Bundan əlavə, bu tariflərin ölkədə inflyasiya dalğası yaradacağı ehtimal olunur.

💰 Bazarda rekord həcmdə likvidasiya:
CoinGlass-ın məlumatına görə, kriptovalyutalar üzrə ümumi likvidasiya məbləği $2.1 milyardı ötüb. Decrypt nəşri isə bildirir ki, kriptovalyuta bazarı tarif qərarına ilk reaksiya verən sektor olub və bunun ardınca fond bazarında da eniş müşahidə edilə bilər.

📉 İnvestorlar həmçinin, Trump-dan kriptovalyuta bazarını stimullaşdırmaq və tənzimləməni yüngülləşdirmək üçün atılacaq addımlar gözləsə də, bu sahədə heç bir konkret qərarın olmamasından narazıdırlar, – qeyd edir Reuters.

spot_imgspot_img

Oxşar xəbərlər

Microsoft otonom süni intellekt dövrünü başladır: Windows və Surface yenilənir

Microsoft Windows və Surface tədbirində otonom süni intellekt inteqrasiyası və hibrid hesablama arxitekturasını təqdim edib.

Meta süni intellektlə uşaqlara zərər verən reklamları aşkarlayır

Meta platformalarında uşaqlara zərər verən gizli reklamları aşkarlamaq üçün yeni süni intellekt sistemləri tətbiq edib.

Polygon TRON-un 94 milyard dollarlıq stablecoin bazasını birləşdirir

Polygon və TRON stablecoin köçürmələri üçün tərəfdaşlıq elan edib. Bizneslər USDT-ni şəbəkələr arasında asanlıqla köçürə biləcək.

OpenAI ChatGPT üçün yeni interfeys təqdim edir: vizual təcrübə dövrü başlayır

OpenAI ChatGPT üçün interaktiv vizual elementlərlə zənginləşdirilmiş yeni istifadəçi interfeysi təqdim edib. Bu, süni intellekt bazarında rəqabəti daha da kəskinləşdirir.

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Azercell oyun və süni intellekt sahəsində iki böyük sammitin eksklüziv tərəfdaşı olub.
spot_img