Bakıda “Chain Reaction 2024” forumu keçirilir

Bu gün Bakıda “Mənbədən innovasiyalara: kriptovalyuta bazarlarının yolu” mövzusunda “Chain Reaction 2024” forumu keçirilir.

Tədbirin təşkilatçılarından biri dünyanın aparıcı kriptovalyuta birjası – “Binance”dır.

Şirkətin baş marketinq direktoru Reyçel Konlan bildirib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə müzakirələr aparıb və müasir dünyada təhsilin mühüm rol oynadığı qənaətinə gəliblər.

“Müasir rəqəmsal aktivlər və texnologiyalar dünyasında təhsil ən mühüm rol oynayır. Bu, insanların kriptovalyuta bazarına təhlükəsiz və düzgün şəkildə daxil olması, lazımi məlumatlarla təmin olunması üçün vasitəsidir. Təhlükəsizlik və məlumatlılıq istənilən maliyyə bazarında uğurlu fəaliyyətin açarıdır və rəqəmsal aktivlər də istisna deyil. Təbii ki, istənilən digər maliyyə məhsulu kimi, kriptovalyutarın ticarəti də risklərlı və dəyişkənliklərlə müşayiət olunur. Biz uzunmüddətli perspektivdə ekosistem qurmalıyıq və bu zaman insanları nəyə investisiya qoyduqlarını başa düşməyə öyrətməliyik. Məhz bu yanaşma çağırışların öhdəsindən gəlməyə və rəqəmsal aktivlərin əsl dəyərini açmağa imkan verəcək”, – deyə o əlavə edib.

spot_imgspot_img

Oxşar xəbərlər

Pünhan Nərimanov “PashaPay”in icraçı direktoru təyin edilib

Azərbaycanın iri elektron pul təşkilatlarından biri olan, m10 və...

Samir Məmmədov “Birmarket” CEO-su təyin edilib

Azərbaycanın ən böyük elektron ticarət platformalarından biri olan “Birmarket”də...

“Google Zero” nədir və niyə e-ticarət üçün təhlükədir?

“Google Zero” sənayedə işlənən bir ifadədir: Google axtarışının istifadəçini...

2026-cı ildə onlayn pərakəndəni yenidən formalaşdıracaq e-ticarət trendləri

Onlayn pərakəndə ticarət 2026-cı ilə iqtisadi təzyiqlər, istehlakçı davranışlarındakı...

2027-ci ilədək Azərbaycanda e-ticarət gəlirlərində kəskin artım gözlənilir

Asiya İnkişaf Bankının (ADB) açıqladığı yeni proqnozlara görə, Azərbaycanda...
spot_img